Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:45

'Məni 4:20-də oyat'


İntihar.
İntihar.

Yeniyetmələrin intiharı Şimali Osetiyaİnquşetiyanı lərzəyə gətirib.

İctimaiyyət bir-birinin ardınca baş vermiş iki intihar hadisəsində sosial şəbəkələrdəki "ölüm qruplarını" ittiham edir. Hər iki respublikada güclü çaxnaşma müşahidə olunur: valideynlər messencer proqramları vasitəsilə bir-birini xəbərdar edirlər.

Yeniyetmələr arasında intihar hallarının artması barədə ilk dəfə "Novaya qazeta" yazıb. Jurnalistlərin ötən ilin mayında apardıqları araşdırma dəhşətli faktları üzə çıxarıb. Məlum olub ki, bir çox uşaq intihara sürükləyən qruplara cəlb olunub. Bundan sonra "Sakit ev", "Mavi balina", "Məni 4:20-də oyat" kimi həştəqlər məşhurlaşdı.

Buna da bax:​ Ərəb kəndində yaşamaqdan bezənlər...

13% ARTIM

Belə qruplarda uşaqlara 50 gün davam edəcək "oyun" oynamaq təklif olunur. Onlar hər gün müxtəlif tapşırıqları yerinə yetirməlidirlər. Bu tapşırıqların sonuncusu intihardır. Rusiyanın rabitə, informasiya texnologiyaları və KİV-lərə nəzarət üzrə federal xidməti (Roskomnadzor) internetdə intihar təbliğatını ciddi izləyir və daim belə qrupları bloklayır. Ancaq onların öhdəsindən gəlmək asan deyil: qruplar daim yeni ünvanlara köçürlər.

Noyabrda "ölüm qruplarının" administratorlarından biri, internetdə Filip Lis kimi tanınan Filip Budeykin həbs olunub. O, əməllərini tamamilə etiraf edərək deyib ki, bu yolla normal insanları, yaşamağa layiq olmayan biotullantıdan xilas edib.

Buna da bax: Gürcüstanı sarsıdan intihar

Ancaq Lisin həbsi ilə yeniyetmələrin intiharına son qoyulmadı. İndi sosial şəbəkələrdə "oyuna qoşulmaq istəyirəm" həştəqi və qəribə şeir ("Dalğalar üzərindəki mavi ev, buludlarda üzən mavi balina, Məni öz yanına apar. Təlimatları gözləyirəm, oyundayam" kimi), az qala, hər saniyə peyda olur.

Rusiyanın təhsil və elm nazirliyi bildirir ki, 2016-cı ildə 11-17 yaş arası yeniyetmələr arasında intihar cəhdlərinin sayı 13% artıb. Dəqiq say göstərilməsə də, məsələn, təkcə Perm vilayətində bir il ərzində, ən azı, 120 uşağın intihar etdiyi bəllidir.

Buna da bax: Psixoterapevt Dəyanət Rzayevin intihar etdiyi xəbər verilir

TƏNHA BALİNALAR

Şimali Qafqaz bu mənada heç vaxt lider olmayıb. İnquşetiya fevraladək nəinki uşaqlar, böyüklər arasında belə, intihar hallarının olmadığını bildirirdi. Dağıstan rəsmiləri də son dövrlərdə yeniyetmələr arasında intiharların qeydə alınmadığını bildiriblər.

Ancaq heç də bütün intiharları "oyunlar" və "balinalarla" əlaqələndirmək olmaz. Yeri gəlmişkən, balina "ölüm qruplarının" rəmzlərindən biri seçilib. Çünki bu məməlilər də özləri özlərini sahilə atırlar. Uşaqlara balinalar kimi tənha olduqları aşılanır.

Ancaq şahidlər Osetiyanın Sindzikau kəndindən 15 yaşlı oğlanın intihardan öncə yazdığı məktubu əsas gətirirlər. Məktubda o, birbaşa internetdəki "oyuna" istinad edir: "Qrup, mən öldüm. Bilin ki, mən xoşbəxt təbəssümlə öldüm. Hər şey "ana, mən öləcəyəm" qrupunun müəlliminin dediyi kimidir".

Buna da bax:​ İntihara əl atmış qızla söhbət

Ancaq respublikanın istintaq komitəsi uşağın ölümünün səbəbinin "oyun" olduğu barədə məlumatı təkzib edib.

QRUPLAR

Ancaq uşağın "VKontakte" sosial şəbəkəsində intiharla bağlı bir neçə paylaşımı var. Qrupların adları da çox şeyi deyir: "Bağışlayın, mən bilmədən öldüm"; "Ana, bağışla, ancaq mən öləcəyəm"; "Ağlayıram, həm də ölürəm"; "Mən öldüm".

Uşaq öz səhifəsində belə yazıb: "Ölməkdən qorxmuram. Qorxuram ki, bununla mənə əziz insanlara ziyan vuraram", "Mən öləndə məni xoşbəxt təbəssümlə xatırlayın". Onun sonuncu profil şəkillərindən biri qara fonda ağ hərflərlə yazılmış "Artıq heç nəyi qaytarmaq olmaz" yazısıdır.

Buna da bax: İntihara meylli adamlarla necə davranmalı? [video]

İnquşetiyada isə 13 yaşlı qız özünə qəsd edib. Onun ölümü ilə bağlı "İntihar həddinə çatdırma" maddəsi üzrə cinayət işi açılıb. Qızın məktəbdə "əlaçı" olduğu, bir neçə dil bildiyi məlumdur. Şahidlər onun da "oyun" oynadığını deyirlər.

Bu yaxınlarda İnquşetiyada daha bir intihar cəhdinin qarşısı alınıb. 13 yaşlı qız çoxlu həb qəbul edib. Ancaq son anda özü də qorxaraq təcili yardıma zəng vurub. İndi faktla bağlı araşdırma aparılır.

VALİDEYN DİQQƏTİ

Psixoloqlar "ölüm qruplarının" belə kütləvi yayılmasının səbəbini ilk növbədə valideyn diqqətinin çatışmamasında görürlər.

Buna da bax:​ "İnsanlar özlərini heç kim hiss edir"

"Beşinci sinifdən uşaqlar yadların təsirinə çox məruz qalırlar. Onlar hormonal stressə görə daha həssas olurlar. Bu məqamda valideynlər onlara lazımdır. ...Uşağın şəxsi ünsiyyətə ehtiyacı var", – uşaq psixoloqu Nadezhda Kozinskaya deyir.

Bəzi ekspertlər hesab edirlər ki, "ölüm qrupları", sadəcə, psixi durumu sabit olmayan insanların uşaqlarla ünsiyyəti deyil. Onların fikrincə, belə qrupların məqsədi çox sayda gəncin davranışını idarəetmə texnologiyalarının sınaqdan keçirilməsi ola bilər. Gələcəkdə bu gənclərdən destruktiv fəaliyyət, terror aktları, qətllərdə istifadə edilə bilər. Ekspertlər deyirlər ki, qlobal mənada sui-qəsdçi terrorçularla belə qrupların arxasında eyni qüvvələr dayanmış ola bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG