Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 01:25

İki nəfərin özünü öldürdüyü deyilir


Sui-qəsd.

Bu gün, yanvarın 18-də ölkə ərazisində üç intihara cəhd olayının baş verdiyi bildirilir.

APA xəbər verir ki, Şabran rayonunda Daşlıyataq kənd sakini, 12 yaşlı Elnur Mütəllimovun asılmış meyiti aşkarlanıb. Məktəblinin intihar etdiyi güman edilir.

Buna da bax:​ 8 nəfərin özünü öldürmək istədiyi bildirilir

Gəncədə isə 27 yaşlı gəncin intihar etdiyi bildirilir. Sadıllı qəsəbəsi sakini Elvin Allahverdiyevin də asılmış meyiti tapılıb. Prokurorluq hər iki olayı araşdırır. Olayların səbəbi açıqlanmır.

Bakıda isə 36 yaşlı kişinin özünü öldürmək istədiyi deyilir.

Report-un xəbərinə görə, R.N. intihar məqsədilə Dənizkənarı Milli Park ərazisindəki saat qülləsinə çıxıb. Xoşbəxtlikdən, ərazidə xidmət göstərən Post Patrul Xidmətinin əməkdaşları onu aşağı düşürə biliblər.

R.N-nın niyə bunu etdiyinin səbəbi də açıqlanmır.

Buna da bax: İntihar xəbərləri gəlməkdə davam edir

Xatırlatma

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Səbuhi Pənahov "Report"un sorğusuna cavab olaraq bildirib ki, ötən ilin 9 ayı ərzində Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb.

Ekspertlər Azərbaycanda intiharlarla bağlı ayrıca mərkəzin yaradılmasını təklif edirlər. Onların fikrincə bir çox hallarda rəsmi qurumlar intiharların gerçək səbəblərini gizlədirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG