Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 08:01

Səudiyyə Ərəbistanının kralı Moskvaya düşəndə təyyarəsinin trapı sınıb (Video)


Salman bin Abdulaziz Al Saud və Dmitry Rogozin

Səudiyyə Ərəbistanının kralı Salman ben Abdel Aziz al Saud Moskvaya düşəndə təyyarəsinin trap-eskalatoru sınıb.

Ruptly agentliyi insidentin videosunu yayıb.

Eskalator yolun yarısında dayandığından kral ayaqla düşməli olub.

Onu hava limanında baş nazir müavini Dimitry Ragozin, birbaşa investisiyalar fondunun baş direktoru Kirill Dimitrev və Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mikhail Bogdanov qarşılayıblar.

Bu kral kimi Salman ben Abdel Aziz al Saud-un Rusiyaya ilk rəsmi səfəridir.

O, oktyabrın 5-də Rusiya prezidenti Vladimir Putinlə, oktyabrın 6-da isə baş nazir Dimitry Medvedevlə görüşəcək.

Rusiyanın daimi investisiya fondu ilə Səudiyyə Ərəbistanının suveren Public investment Fund PİF fondu 25-dən çox layihəyə investisiya qoymağı planlaşdırırlar.

Bu layihələrdən biri də Səudiyyə Ərəbistanının Moskvada tikəcəyi ilk pullu avtomobil yolu olacaq.

Kremlin sözçüsü Dimitry Peskov deyib ki, səfər zamanı əsasən neft bazarındakı vəziyyət və Şimali Afrikadakı münaqişlər müzakirə olunacaq.

Bundan başqa Rusiyanın Səudiyyə Ərəbistanına S-400 raket sistemləri satması ilə bağlı müqavilə imzalana bilər.

Söhbət 3 milyard dollarlıq sövdələşmədən gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG