Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 15:09

Su təchizatı və kanalizasiya xidmətləri üzrə dövlət inhisarçısı – «Azərsu» ASC 2015-ci il üzrə maliyyə hesabatını diqqətə yetirib.

Hesabat 2016-cı ilin iyunun 21-də təsdiqlənsə də, ictimaiyyətə fevralın 17-də açıqlanıb. Maliyyə hesabatına müstəqil auditorun rəy verib-vermədiyi haqda sənəddə bir söz deyilmir.

Auditor rəyi: «Şübhə doğuran qeyri-müəyyənlik»

2014-cü ilin maliyyə nəticələrinə görə müstəqil rəy vermiş «Ernst & Young» şirkəti «Azərsu» ASC-nin «böyük zərər çəkməsi və cari öhdəliklərinin onun xalis aktivlərindən çox olması» səbəbindən qeyd edib ki, «bu məsələlər Qrupun (yəni, Azərsu ASC-nin və önun törəmə şirkətlərinin) aramsız çalışan müəssisə kimi fəaliyyətinə davam etməsi ilə bağlı önəmli dərəcədə şübhəli qeyri-müəyyənliyin mövcudluğunu göstərir».

Vəziyyət növbəti ildə də yaxşıya doğdu ciddi şəkildə dəyişməyib. 2015-ci ildə «Azərsu» ASC-nin xalis zərəri (541 milyon manat) və öhdəliklərinin xalis aktivlərinə nisbəti (571 milyon manat) əvvəlki illə müqayisədə azalsa da, yenə də yüksəkdir.

***Buna da baxın: 'Azərsu' da vergi amnistiyasından yararlanacaq

Manat məzənnəsinin suya təsiri

2015-ci ildə qurumun gəliri təxminən 2 milyon manat azalıb və 139 milyon manat olub. Manatın məzənnə fərqindən zərər 130,7 milyon manata, toplam zərərlərsə 541 milyon manata çatıb.

İlboyu satışın maya dəyəri üzrə xərclər 77,2 milyon, inzibati işlər üzrə məsrəflər 31,1 milyon manat, satış və paylamaya ödəmələrsə 89,4 milyon manat olub. «Azərsu» bu xərcləri 2015-ci ildə 14,9 milyon manat azalda bilib. Di gəl, əsas vəsaitlərin köhnəlməsi üzrə xərclər nəzərə alınmaqla, ASC-nin 2015-ci ildə xərcləri toplam 555,4 milyon manat olub.

«50 milyon qayıda da bilər, qayıtmaya da»

Qurum göstərdiyi xidmətlərin bir hissəsinin pulunu ala bilmir. Əhalinin «Azərsu» ASC-yə borcu 2015-ci ilin əvvəlinə 16 milyon 408 min manat, ötən ilin əvvəlinə isə 15 milyon 161 min manat idi. Digər abonentlərin «Azərsu»ya olan borcu bir ildə təxminən 10 milyon manat azalıb və 43 milyon manata enib. Maliyyə hesabatından görünür ki, «Azərsu» bu borcların 50 milyon manatının qayıtmayacağını düşünür.

***Buna da baxın: Hesablama Palatası 'şişirdilmiş milyonları' niyə görmür?

Hökumətin maliyyə yardımı kəsilmir

2015-ci ildə dövlət büdcəsinə olan borc 20 milyon manat azalıb və təxminən 40 milyon manata çatıb. Həmin il su-kanalizasiya şəbəkəsinə dövlət büdcəsi və beynəlxalq kreditlər hesabına 480 milyon manatlıq yatırım edilib. Sərmayələrin həcmi 4 milyard 137 milyon manata çatıb. Maliyyə hesabatında o da göstərilir ki, 2016-cı ilin birinci yarısında Nazirlər Kabinetinin sərəncamları ilə «Azərsu» tikinti və təmir işləri üçün hökumətdən 170 milyon manat maliyyə yardımı alıb.

Dövlət bankının ucuz krediti

«Azərsu» 2015-ci il iyulun 15-də ABB ilə illik 1 faizlə 239 milyon 720 min manatlıq 10 illik kredit sazişi imzalayıb. Elə həmin gün prezident İlham Əliyev «Azərbaycan Beynəlxalq Bankı» Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» fərman vermişdi. 2015-ci ilin sonunda kreditin 190,8 milyon manatı qurumun infrastruktur layihələrinin icrasına yönəldilib. Hesabata görə, 2016-cı ilin əvvəlinə «Azərsu» ASC-nin banka olan borcu 192,5 milyon manata yaxın olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG