Keçid linkləri

Təcili xəbərlər
2018, 15 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 22:17

Qar, dolu gözlənir


Illüstrasiya

Oktyabrın 15-iBakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, Abşeronda gecə 12-15, gündüz 18-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq.

Oktyabrın 15-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi bildirilir.

Ancaq bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə 8-13, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti təxmin edilir.

Nazirlik bildirir ki, oktyabrın 16-sı gündüzdən 17-si axşamadək bəzi rayonlarda havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir.

Bəzi yerlərdəyağıntının leysana çeviriləcəyi, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcəyi bildirilir.

Buna da bax: Yağıntıya görə pambıq sahələrində məhsuldarlıq düşüb

Pambıqçı qadınlar İlham Əliyevdən nə istədi? [Video]
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG