Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:18

'Sonuncu' filminin növbəti uğuru


'Sonuncu' filmi
'Sonuncu' filmi

“Sonuncu” Azərbaycan filmi Beynəlxalq Livan qısa filmlər festivalında uğur qazanıb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, filmdə oynayan aktyor İdris Rüstəmov ən yaxşı aktyor işinə görə mükafat alıb. Livanın 3 şəhərində - Nabatiyyə, Tripoli və Sur şəhərlərində keçirilən festivala 25 ölkədən 61 film təqdim edilib. Münsiflər heyətinin tərkibi fransalı, ispaniyalı və livanlı mütəxəssislərdən ibarət olub.

Buna da bax:​ Fellini bu filmiylə dünyaya səs salmışdı - bir obrazın tarixçəsi

Festivala İtaliya, İsveçrə, Misir, İraq, İran, Səudiyyə Ərəbistanı, Suriya, ABŞ, İspaniya, Almaniya, İsveç, Gürcüstan, İordaniya, Hindistan, Livan, Hindistan və başqa ölkələrdən filmlər təqdim edilib. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Buta films” şirkətinin birgə istehsalı olan “Sonuncu” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Ekran əsərinin quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Aleksey Aygi, prodüserləri Nəsib Piriyev, Maria İvanova və Müşfiq Hətəmovdur. Filmdə rolları İdris Rüstəmov və Corc Qafarov canlandırıblar.

Buna da bax: Bosniyada film çəkən Azərbaycan rejissoru orda gördüklərindən danışır [müsahibə]

Filmin çəkilişi Şabranın Sura kəndində aparılıb.

“Sonuncu” filmi bir çox kinofestivallara qatılıb.

Film 67-ci Kann festivalında göstərilib.

2014-cü ildə XV İzmir Beynəlxalq Qısa Film Festivalının qalibi olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG