Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:36

Nazir «Son zəng»lə bağlı əmr verdi


Bakıda «Son zəng». Foto arxiv.
Bakıda «Son zəng». Foto arxiv.

-

Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda «Son zəng» tədbirinin keçirilməsi haqqında əmr imzalayıb.

«Report»un xəbərinə görə, bunda məqsəd ölkənin ümumtəhsil məktəblərində ənənəvi «Son zəng» tədbirinin mütəşəkkil keçirilməsini təmin etməkdir.

Əmrdə «Son zəng» tədbirlərinin iyunun 14-də yalnız təhsil müəssisələrinin ərazisində təşkil olunacağı bildirilir.

Qeyd edilir ki, əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunur.

Bundan əvvəlki illər «Son zəng» mayın sonlarında keçirilirdi. Üstəlik, tədbirlər yalnız müəssisə daxilində bitmirdi. Bu ildən orta məktəblərdə dərslər artıq, mayın 31-də yox, iyunun 14-də başa çatır.

Həmçinin baxın: AzadlıqRadiosu Youtube Kanalında izləyin:

XS
SM
MD
LG