Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:22

SOCAR-ın borcu sürətlə artır, amma... [video]


Azərbaycan Dövlət Neft Şirkətinin borcu 8 milyard manatı ötüb. Müstəqil ekspertlər sürətli borc artımını təhlükəli sayır. SOCAR-ın rəhbəri isə deyir ki, sərmayə qoyulan layihələr başa çatandan sonra Azərbaycana milyardlarla əlavə vəsait gətirəcək.

Dövlət Neft Şirkəti – SOCAR bu günlərdə 2016-ci il üzrə illik və maliyyə hesabatını açıqlayıb. Enerji məsələləri üzrə ekspert Kəmalə Mustafayeva bu hesabatları təhlil edərək, əsas 2 məsələyə diqqət çəkir. Birincisi odur ki, SOCAR-ın borc öhdəlikləri durmadan artır, ikincisi isə hasilat və nəql xərcləri də artır.

Buna da bax:​ SOCAR niyə borc içindədir? [ekspert rəyi]

Belə ki, 2015-ci illə müqayisədə 2016-cı ildə qaz hasilatının maya dəyəri hardasa 18 faiz artaraq, hər min kubmetrə görə, 46 manatı ötüb. Neftin hasilatı xərcləri də 3 faiz artıb. SOCAR 1 ton neft hasil etmək üçün 98 manata yaxın xərc çəkir.

SOCAR-ARDNŞ
SOCAR-ARDNŞ

Kəmalə Mustafayeva düşünür ki, hasilat xərclərinin artması o deməkdir ki, SOCAR-ın gəlirləri də azalır. Bundan başqa nəql xərcləri də artıb.

Kəmalə Mustafayevanın fikrincə, SOCAR-ın istehsal xərcləri əsasən yataqların istismar xərclərinin artmasına görə ola bilər. Belə ki, yataqlar köhnəlir, qaz hasilatı daha çox əmək və vəsait tələb edir.

Buna da bax: SOCAR aldıqlarını açıqlayır, amma yenə də qanunu pozur

Ekspert deyir ki, belə bir durumda bir yandan da borc öhdəliklərinin artması SOCAR-ın üzərində böyük yükdür:

“Həm bond vasitəsilə, həm də digər vasitələrlə götürülən borclar qaytarılmalıdır. Bu da şirkətə böyük yükdür. SOCAR-ın bu qədər borclanmasının səbəblərindən biri də odur ki, digər şirkətlər kimi xaricdən daha ucuz pul cəlb bilmir. Çünki reytinqlər aşağı düşdükcə, risklər artdıqca götürülən borclar daha baha başa gəlir”.

Azərbaycan Demokratik Rifah Hərəkatının sədri, iqtisadçı ekspert Qubad İbadoğlu öz “Facebook” hesabında yazır ki, SOCAR-ın və onun törəmə şirkətlərinin borcunun sürətlə artması valyuta bazarında əlavə gərginlik yarada, enerji tariflərinin yenidən bahalaşmasına səbəb ola bilər.

Buna da bax:​ SOCAR-da iki qurum birləşib

Sentyabrın 2-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Trend” informasiya agentliyinə müsahibəsində deyib ki, SOCAR əldə etdiyi gəlirlərini mühüm sənaye layihələrinə sərmayə qoyur. İşlər başa çatandan sonra, bu layihələr Azərbaycana milyardlarla əlavə gəlir gətirəcək:

ARDNŞ prezidenti Rövnəq Abdullayev
ARDNŞ prezidenti Rövnəq Abdullayev

“Azərbaycanda neft və qazın hasilatı, nəqli və neft-qaz emalı sənayesinin inkişaf etdirilməsi strateji inkişaf planımızda əzəldən əsas yer tutur. Bu sahədə görüləcək işlər çoxdur. Bu gün Azərbaycan yalnız aşağı sıxlıqlı polietilen ixrac edə bilir. Yüksək sıxlıqlı polietilen ölkəmizə idxal olunur. SOCAR Polimer zavodunun inşası başa çatandan sonra biz yüksək sıxlıqlı polietilenin ixracatçısına çevriləcəyik. SOCAR Polimer ümumilikdə 10-11 milyard ABŞ dolları həcmində gəlir gətirəcək – bunun 30%-i xalis mənfəət kimi proqnozlaşdırılır. Ən mühüm layihələr üzrə artıq vacib işlər görülür. “Şahdəniz-2” layihəsi hətta plandan əvvəl irəliləyir – layihənin 80%-ə yaxın hissəsi tamamlanıb. Digər kəşfiyyat-hasilat layihələri də inkişaf etdirilir”.

Buna da bax:​ Neft fondunun büdcəsi dəyişdirilir

Rövnəq Abdullayev vurğulayıb ki, SOCAR bir növ keçid mərhələsindədir və neft-qaz sənayesində yeni dövrün astanasındadır.

Amma Rövnəq Abdullayev şirkətin borcunun kəskin artması barədə heç nə deməyib. Biz gün ərzində SOCAR-dan bu suala cavab ala bilmədik.

Azərbaycanda neft gəlirlərinin necə xərclənməsi, hansı istiqamətlərə sərmayə kimi qoyulub gələcəkdə sabit gəlir təmin etməsi kimi mövzular iqtisadçılar neft məmurları arasında çoxdandır müzakirə edilir. Son illər ölkəyə daxil olan neft pullarının hansı problemləri artıq həll etdiyinə, bu vəsaitlərin necə xərcləndiyinə dair fikirləri biz həm də Bakıda sadə vətəndaşlardan soruşmuşuq:

Bu nefti çıxarıb sataraq Azərbaycana pul gətirməli olan şirkət - SOCAR isə gələcəkdə daha böyük gəlirlər vəd etsə də indi özünün də iri məbləğdə borc içində olduğunu bildirir. Şirkətin keçən ilə dair hesabatına görə ümumi borc öhdəliyi 8 milyard manatı ötür. Borcun böyük hissəsi 5.5 qısamüddətlidir. Demək olar borcun 90 faizi ABŞ dolları və başqa xarici valyutalarla qaytarılmalıdır. Şirkət bildirir ki, borcun əsas hissəsini TAP və Tanap, eləcə də Şahdəniz və digər beynəlxalq layihələrin icrası üçün götürüb.

Buna da bax:​ Neft sazişinin müddət və şərtləri dəyişdi, dəyişməyən nə oldu

Maliyyə hesabatına görə 2016-cı ildə şirkətin aktivləri 32 faiz artaraq, 53 milyard manat olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG