Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 19:08

Xəsarət alan SOCAR işçiləri palatalara köçürülüb


Xəzər dənizində neftçıxartma platforması (arxiv fotosu)

«İyunun 28-də xəsarət alan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 5 nəfər əməkdaşının müalicəsi davam edir».

Bunu 1 saylı Klinik Tibbi Mərkəzdən bildiriblər.

Xəstəxanadan verilən xəbərə görə, onların 5-i də artıq reanimasiyadan çıxarılıb:

«2 nəfər travmatologiya, 2 nəfər neyro-müalicə şöbəsinə, 1 nəfər isə 3-cü şöbəyə yerləşdirilib. Qarın boşluğunda diafraqma partladığı üçün yalnız Raqif Əliyev üzərində tibbi əməliyyat edilib və 3-cü şöbəyə köçürülüb».

Xəstəxanadan bildiriblər ki, bu şəxslərin səhhətlərində hər hansı ağırlaşma yoxdur, müalicə davam edir.

Klinik Mərkəz: 'Xəsarət alanlar reanimasiyadadır'

«Qəzada xəsarət alan SOCAR əməkdaşları hazırda reanimasiya şöbəsindədirlər».

Bunu 1 saylı Tibbi Klinik Mərkəzdən bildiriblər.

Xəstəxanadan verilən xəbərə görə, xəsarət alanlardan Raqif Əliyev adlı şəxs əməliyyat edilib, yaraları tikilib, durumu sabitdir və palataya köçürülməsi gözlənilir. Digər xəsarət alanların da reanimasiya şöbəsində olduqları bildirilir. Ancaq onların səhhəti ilə bağlı detallı bilgi almaq mümkün olmayıb.

İyunun 28-də Dövlət Neft Şirkətinin (SOCAR) Geofizika və Geologiya İdarəsinin əməkdaşları Xəzərdəki N.Nərimanov adına Neft- Qaz Çıxarma İdarəsinin ərazisində seysmik kəşfiyyat işləri apararkən qəzaya uğrayıblar.

Verilən məlumata görə, Geofizika və Geologiya İdarəsinin əməkdaşları «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin «Arya 141» qayığı ilə seysmik kəşfiyyat işləri aparırmışlar. Qayıq idarəetməni itirib 34 saylı meydançanın ayağına toxunub.

«Nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım maşınları ilə 1 saylı Şəhər Xəstəxanasına çatdırılıblar», – deyə SOCAR-ın yaydığı məlumatda vurğulanırdı.

Son illər Nərimanov NQÇİ-nin ərazisində müxtəlif səpkidə (o cümlədən neftçilərin ölümü ilə nəticələnən) fövqəladə hallar baş verir.

Sonuncu böyük qəza 2016-cı il dekabrın 15-də baş verib. Onda qasırğanın Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin estakadasını uçurması nəticəsində 10 neftçi dənizə düşmüşdü. Onlardan birinin həmin gün, 8-nin isə sonrakı günlər cəsədi tapılıb ailəsinə verilib. Bir neftçi hələ də itkin sayılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG