Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:57

SOCAR istiqrazlarına tələbat artıb?


SOCAR istiqrazları
SOCAR istiqrazları

Bu gün oktyabrın 17-dən SOCAR istiqrazlar üzrə faizlərin (kupon məbləğinin) hesablanması başlanıb.

Bundan 3 gün əvvəl oktyabrın 14-ü onun birjada yerləşdirilməsi həyata keçirilib.

Bakı Fond Birjasından (BFB-dən) verilən məlumata görə, istiqrazlar nominal qiymətlə 100 milyon ABŞ dolları olmaqla, tam həcmdə yerləşdirilib.

Buna da bax:​ SOCAR 400 milyonluq da istiqraz buraxa bilər - 100 milyondan əlavə...

Məlumata görə, SOCAR istiqrazlarına ümumilikdə 203 milyon 495 min ABŞ dolları həcmində abunə sifarişi toplanıb. Abunə yazılışı müddəti ərzində bu vəsaitlər Milli Depozit Mərkəzinin (MDM) Mərkəzi Bankdakı Klirinq Hesabında toplanıb.

“Beləliklə, tələb təklifi 2 dəfədən artıq üstələdiyi üçün yerləşdirilmə zamanı Emissiya Prospektində qeyd olunan qaydada bölüşdürülmə aparılıb. Bölüşdürülmə zamanı fiziki şəxslərin abunə sifarişlərinə üstünlük verilib. Maliyyə Bazarlarına Nəzarət Palatası İstiqrazların yerləşdirilməsinin yekunlarını təsdiq edib”, - deyə məlumatda qeyd edilir.

Buna da bax:​ SOCAR istiqrazlarının təqdimatı olub

İstiqrazların təkrar bazarına start

Sabahdan, oktyabrın 18-dən isə istiqrazların BFB-də təkrar bazarına start veriləcək.

“PSG Kapital İnvestisiya Şirkəti” QSC istiqrazlar üzrə sabahdan etibarən BFB-də gündəlik olaraq alış-satış sifarişləri (kotirovkaları) təqdim edəcəkdir.

SOCAR istiqrazlarını təkrar bazardan almaq və ya satmaqdan ötrü BFB-nin üzvü olan investisiya şirkətlərinə, eyni zamanda ASAN xidmətin 1 və 5 saylı mərkəzlərində yerləşən birja üzvü nümayəndələrinə müraciət oluna bilər.

Buna da bax:​ 6 şirkət birjanın üzvlüyündən çıxarıldı

İstiqrazlar ABŞ dolları ilə illik 5 faiz gəlirli, 5 il müddətli və 3 aydan bir ödənişlidir.

Sentyabrın 16-da SOCAR istiqrazlarının təqdimat mərasimi keçirilmişdi.

Sentyabrın 20-dən etibarən istiqrazlar satışa çıxarılmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG