Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:45

«Şahdəniz»dən nə qədər qaz hasil edilib?


«Şahdəniz»
«Şahdəniz»

-

«Şahdəniz» yatağından gündə 30 mln. kubmetr təbii qaz, 7 min ton kondensat hasil edilir.

APA-nın xəbərinə görə, bunu bu gün keçirilən «Xəzər və Mərkəzi Asiya: Ticarət, logistika, neft emalı və neft-kimya» beynəlxalq konfransda SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib

X.Yusifzadə deyib ki, yataq fəaliyyətə başlayandan bu günə qədər 70 mlrd. kubmetr qaz, 18 mln. ton kondensat çıxarılıb: «Bu yataqdan hasil edilən qazdan 5 mlrd. kubmetrdən çox Gürcüstana, 39 mlrd. kubmetrdən çoxu isə Türkiyəyə nəql olunub. Bu ilin birinci rübündə gündəlik Gürcüstana 2.5 mln., Türkiyəyə isə 18.2 mln. kubmetr qaz nəql olunub».

«Şahdəniz-2» mərhələsində bu yataqdan 1.2 trilyon kubmetr qaz çıxarılması nəzərdə tutulur. Yatağa 25 milyard manat sərmayə qoyulmalıdır.

XS
SM
MD
LG