Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:03

Kseniya Sobçak prezidentliyə namizəd olmaq istəyir


Kseniya Sobçak
Kseniya Sobçak

Rusiyanın kübar xanımı, teleulduz, müxalifət fəalı və keçmiş Sankt Peterburq merinin qızı Kseniya Sobçak deyib ki, o mart ayında keçirləcək prezident seçkisində namizədliyini irəli sürəcək. Beləliklə də o bu barədə hələlik dəqiq niyyətini bildirməyən, lakin seçkidə iştirak edəcəyi az şübhə doğuran Vladimir Putinin rəqibi olacaq.

Oktyabrın 18-də özünün Instagram hesabından yaydığı qısa videomüraciətdə Sobçak bildirir ki, onun namizədliyi etiraz səslərinin – “hamının əleyhinə olan səslərin” cəlb edilməsinə xidmət göstərəcək. Rusiya seçkiləri üçün “hamının acığına” səs etirazı kifayət qədər məlum fenomendir.

Videomüraciətdə Sobçak deyib: “Mənim 36 yaşım var və mən də bütün Rusiya vətəndaşları kimi prezident seçkisində iştirak etmək hüququna malikəm. Mən indi bu hüququmdan istifadə etmək qərarına gəlmişəm”.

Əynində kip oturan açıq mavi köynək, gözlərində brend eynəkləri olan Sobçak məqsədlərini izah edərək deyib ki, “o hamının əleyhinə səs vermək imkanını insanlara qaytarmaq” istəyir.

O deyib ki, “onlar nə vəd edirlərsə, etsinlər, nə deyirlərsə, desinlər biz bunun əleyhinə, hamının əleyhinə olacağıq”.

AzadlıqRadiosu yazır ki, Sobçakın qərarı ölkə başçısı postunda 17 ildir rəqibsiz oturan Vladimir Putinin qarşısına az-çox tutarlı rəqib çıxarmaq cəhdi kimi görünür.

Putin bu seçkidə dördüncü müddət prezidentlik uğrunda mübarizə aparcağına işarə etsə də, bu barədə rəsmi qərarını elan etməyib.

Rusiya müxalifətinin liderlərindən antikorrupsiya kampaniyaçısı Aleksey Navalnı rusiyalılar, xüsusilə də gənclər arasında kifayət qədər nüfuz və tərəfdara malik olsa da, onun bu seçkiyə buraxılmayacağı gözlənilir.

Navalnı özünün bir neçə hay-küyly video reportajlarında Rusiya hakimiyyətinin yuxarı eşelonlarındakı fiqurları hədəfləyir.

Buna baxmayaraq Rusiya məhkəmələrinin onun barəsində qəbul etdiyi siyasi motivli hökmlər Navalnının seçkidə iştirakını mümkünsüz edir.

Bundan bir qədər əvvəl Kremldən qaynaqlanan bəzi məlumatlara görə bu seçkidə Putinə qarşı qadın namizədin çıxış edəcəyi söylənirdi.

Bir vaxtlar Rusiyanın Paris Hiltonu adlandırılan Kseniya Sobçak 1991-1996-cı illərdə Sankt Peterburqun meri olmuş Anatoli Sobçakın qızıdır.

Anartoli Sobçak siyasət aləmində Putinin müəllimi hesab olunur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG