Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 07:01

Əsgərin yarımçıq qalmış skripkası 100 il sonra məzarı üstündə səsləndi


Xalq musiqiçisi Sam Sweeney

The Daily Telegraph” qəzetində jurnalist Rozina Sabur yazır ki, sıravi Richard Howard öz skripkasını düzəltməyə başlayanda qəti şəkildə əmin idi ki, döyüşdən qayıdandan sonra onu çala biləcək.

Lakin o 1917-ci ildə baş vermiş Messin döyüşündə (Portuqaliya) həlak oldu.

İndi, yüz ildən sonra onun səliqə ilə başa çatdırılmış skripkası məzarının başında səsləndirilib.

Üstəlik köhnə alət əsgərin nə vaxtsa yaşamış olduğunu bilməyən köhnə və uzaq qohumları bir araya gətirib.

Mərasimdə əsgərin nəvəsi Mary Sterry babasına həsr etdiyi şeiri oxuyub. Halbuki az əvvələdək onu heç tanımırdı.

Lids şəhərində skripka ustası və musiqiçi olmuş sıravi Howard bu aləti 1915-ci ildə düzəltməyə başlamışdı. Amma iş yarımçıq qalmışdı. Çünki onu 35 yaşında Hersoq Vellinqton polkunun 10-cu batalyonunda xidmətə çağırmışdılar.

Sıravi Richard Howard
Sıravi Richard Howard

Onun yarımıq qalmış skripkasının hansı əllərdən keçdiyi indi məlum deyil, lakin aləti 2009-cu ildə xalq musqiçisi Sam Sweeney alıb və ustaya verib.

Amma skripkanın üstündəki “Richard S Howard 1915” yazısı cənab Sweeney-ə rahatlıq vermirdi.

Buna görə də 28 yaşlı Sweeney əsl tarixçi kimi tədqiqata başlamışdı. Əsgərin nəinki hansı döyüşdə həlak olduğunu, hətta harada dəfn edildiyini də öyrənə bilmişdi.

Nəticədə iyunun 7-də sıravi Howard-ın qohumları da daxil 100-dək insan onun Belçikanın İpr şəhərindəki məzarının başına toplaşıb, xalq musiqiçisi Sam Sweeney isə “nakam skripkanı” ustasının son mənzili üstündə onun həlak olmasının 100-cü ildönümündə səsləndirib.

Sweeney bir də ona sevinirdi ki, köhnə skripka artıq yadlaşmış qohumları bir yerə toplayıb.

Əslində musiqiçi əsgərin məzarını daha əvvəl tapmış və skripkanı da ilk dəfə orada, 2014-cü ildə səsləndirmişdi. Qohumlar daha sonra tapılacaqdı.

İndi xalq musiqiçisi elə bu alətlə iyunun 11-dək “Böyük Müharibədə hazırlanıb” (Made in the Great War) şousu ilə konsert turuna çıxıb.

Deyilənlərə görə, onilliklərlə yada düşməyən əsgər məzarına indi gəlib baş çəkənlər var.

Günün bütün mövzuları

XS
SM
MD
LG