Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 21:38

Skif qızılları kimə qaytarılacaq?


Skif qızılları

Krım hakimiyyəti Ukraynanın skif qızılları kolleksiyasına həbs qoymasının hüquqi əsası olmadığı deyir.

Dekabrın 3-də Krımın yüksək vəzifəli məmuru Georgi Muradov bunu bildirib.

Skif qızıl kolleksiyası Allard Pirson arxeoloji muzeyindən 2014-cü ilin fevralında Amsterdama sərgiyə aparılıb və “Krım: Qara dənizin qızılı və sirləri” adı altında nümayişə çıxarılıb. Bu zaman Krım Rusiya tərəfindən anneksiyasiya edilməmişdi.

Ukrayna kolleksiyanı şəxsi əmlakı sayır.

RİA Novosti bildirir ki, Amsterdam vilayət məhkəməsi kolleksiya ilə bağlı dekabrın 14-də qərar verəcək.

Bundan əvvəl Kiyev məhkəməsi muzey eksponatına həbs qoymuş və İnterpola kolleksiya ilə bağlı beynəlxalq axtarış olması ilə bağlı müraciə etmişdi.

XS
SM
MD
LG