Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:21

Əfv olunanlar arasında siyasilərdən kimlər var? (VİDEO)


Saday Şəkərlinin xanımı:"Hələ də şokdayam"
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

Prezident İlham Əliyevin mayın 24-də əfv etdiyi məhbuslar arasında hüquq müdafiə təşkilatlarının tərtib etdikləri “siyasi məhbus” siyahısına daxil edilən bəzi şəxslərin də adları var.

Onlardan biri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Fərəcovdur.

Fərəcov Cinayət Məcəlləsinin 234.2-ci (narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədilə qanunsuz əldə edilməsi, saxlanması, hazırlanması və göndərilməsi) maddəsi ilə təqsirli bilinib. Cinayət işi 2016-cı ilin dekabrında açılıb. Müdafiə tərəfinin bildirməsinə görə, Elnur Fərəcov təxribatla üzləşib.

Neftçala Rayon Məhkəməsi Elnur Fərəcovu 2017-ci ildə narkotik ittihamı ilə 3 il azadlıqdan məhrum edib.

Ötən ildən müalicıə alan cəbhəçi

Elnur Fərəcovun səhhətində ciddi problemlərin olduğu bildirilirdi. Onun səhhəti həbsxanada ötən il pisləşib və o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Binə qəsəbəsində vərəm xəstələrindən ötrü yaradılmış 3 saylı ixtisaslaşmış cəzaçəkmə müəssisəsinə (tubzon) köçürülüb.

4 ay “tubzon”da saxlanılan Elnur Fərəcovun müalicəsinin nəticə vermədiyi, buna görə də Penitensiar Xidmətin müalicə mərkəzinə köçürüldüyü deyilirdi...

Yazıçı-şair Saday Şəkərli

Həbsdəki yazıçı-şair Saday Şəkərli də əfv edilənlər siyahısındadır.

Vəkili Bəhruz Bayramov ötən ay AzadlıqRadiosuna demişdi ki, Saday Şəkərli əfv edilməsindən ötrü Prezident yanında Əfv Komissiyasına müraciət edib.

Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsində 2016-cı il mayın 16-da çıxarılan hökmlə o, 10 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi isə həmin hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfi isə qərarla razılaşmayaraq kassasiya şikayəti verib. Ancaq kassasiya şikayəti təmin olunmayıb.

Şairin həbsi tənqidi məzmunda olan “Qurd ürəyi” adlı kitabının çapı ilə əlaqələndirilirdi. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə o vaxt vergilər naziri olan Fazil Məmmədova minnətdarlıq edib.

Hüquq-müdafiə təşkilatları bir müddət əvvəl Saday Şəkərlini də “siyasi məhbus” elan ediblər.

Onlardan başqa Nardaran hadisələrində, 2012-ci il oktyabrın 5-də Bakıda "Hicaba azadlıq" şüarı ilə etiraz aksiyasına görə həbs edilən bir neçə nəfərin adının da əfv olunanların siyahısına daxil ediliyi bildirilir. Həmin şəxslər də siyasi məhbus siyahılarında yer alırdı.

Azərbaycanda iki qrup - Siyasi Məhbusların Vahid Siyahısının hazırlanması üzrə İşçi Qrup və Siyasi Məhbusları Müdafiə Mərkəzi (SMMM) vaxtaşırı siyasi motivlərlə həbs ediliyi bildirlən şəxslərin siyahısını hazırlayıb yayırlar.

Birincilərin bu yaxınlarda yenilənmiş siyahısına 142 nəfərin adı daxil edilib.

SMMM isə iddia edir ki, Azərbaycanda 161 siyasi məhbus var.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri cinayət əməlinə görə məsuliyyətə cəlb ediliblər.

Xatırlatma

Prezident İlham Əliyevin bu gün, mayın 24-də əfv sərəncamı imzalayıb.

“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncama 634 nəfər məhkumun adı daxil edilib.

Prezident yanında Əfv Məsələləri Komissiyası 2018-ci ildə ilk dəfə yanvarda, sonuncu dəfə isə ötən həftə toplanmışdı.

Əfv sərəncamı ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 607 məhbus cəzanın çəkilməmiş hissəsindən azad ediliblər.

Daha 30-a yaxın şəxs də bu sərəncamdan müxtəlif formada yararlanıb.

XS
SM
MD
LG