Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 10:59

Yeni siyahı: azad olunanların yerinə 6 nəfər əlavə edilib


Azərbaycan, NİDA üzvü azadlığa çıxır

“Siyahımızı yenilədik”

“Siyasi məhbus siyahısı” yenilənib. Bunu AzadlıqRadiosuna Siyasi Məhbusların Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyev deyir.

Onun sözlərinə görə, Mərkəz aprelin 1-də keçirdiyi toplantısında müxtəlif ittihamlarla həbs olunan ictimai fəalların, müxalifət partiyalarına mənsub şəxslərin durumu müzakirə edilib.

“Müzakirələr zamanı dövlət başçısı İlham Əliyevin 16 mart tarixli əfv sərəncamı siyasi məhbusların azadlığa çıxması baxımdan növbəti imitasiya kimi qiymətləndirildi”, Oqtay Gülalıyev deyir.

Onun sözlərinərə, həbsdə olan bəzi fəallar azadlığa çıxdıqlarına görə, Mərkəzin tərtib etdiyi “siyasi məhbus siyahısı”ndan 9 nəfərin adı çıxarılıb, 6 şəxsin adı isə əlavə edilib: “Jurnalist İkram Rafiqoğlu, prezident qvardiyasının keçmiş əməkdaşı Asif Lətifov, bloqçu Əbdül Əbilov, “Azadlıq” qəzetinin redaktoru Qənimət Zahidin qohumlarının, dini fəallar Namiq Kişiyev və Nicat Əliyev, o cümlədən, AXCP üzvüZeynalabdin Bağırzadənin adı siyahıdan çıxarılıb”.

Buna da bax: ABŞ-in insan haqları hesabatında Azərbaycanda 'butulka işgəncələri'ndən bəhs edilir​

“Onlar AŞPA-nın kriteriyalarına uyğun gəlir”

Oqtay Gülalıyev deyir ki, bu yaxınlarda həbs olunan jurnalist Elçin İsmayıllı, bloqçular Mehman Qələndərov və Mehman Hüseynov, dini fəal Sərdar Babayev, AXCP üzvü Elnur Fərəcəov və MBH üzvü Elxan İsgəndərovun adı siyahıya daxil edilib:

Oqtay Gülalıyev, Bakı, 26 sentyabr 2013
Oqtay Gülalıyev, Bakı, 26 sentyabr 2013

“Bu şəxslərə saxta ittihamlar verilib, əslində, ictimai və siyasi fəaliyyətlərinə görə həbs ediliblər. AŞPA- nın siyasi məhbuslarla bağlı məlum ktirteryiyasının tələblərinə cavab verdiyindən onları siyasi məhbus adlandırırıq”, koordunator vurğulayıb.

Siyasi Məhbusların Müdafiə Mərkəzinin tərtib etdiyi siyahıda hazırda 162 nəfərin adı var.

Oqtay Gülalıyev deyir ki, ötən ilin yanvarında bahalaşma əleyhinə etiraz aksiyasında iştirak etdiyinə görə həbs olunan bir qrup Siyəzən sakininin də “potensial siyasi məhbus kimi tanınması” qərara alınıb.

Hökumət təkzib edir

Azərbaycan hakimiyyəti ölkədə siyasi və ictimai fəaliyyətinə görə heç kəsin təqib olunmadığını dəfələrlə bəyan edib, vurğulayıb ki, həbs edilən fəalların qanunun tələblərini pozmaqda suçlandırılırlar və buna görə də hər bir Azərbaycan vətəndaşı kimi qanun qarşısında cavab verməli olublar.

Buna da bax: Həbsdəki jurnalistin başında ağrılar var

İttihamlar…

Həbs edilən ictimai və siyasi fəallar, adətən, xuliqanlıq, polisə müqavimət və ya qanunsuz narkotik maddə saxlamaqla bağlı ittihamlarla üzləşiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG