Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 04:30

İki siqaret markası 10 qəpik bahalandı


Siqaretlər

Noyabrın 1-dən etibarən ölkə ərazisində bəzi tütün məlumatlarının qiymətində artım müşahidə olunub.

Bakının əksər dükanlarında qiymət artımı baş verib.

Artım “Winchester” və "Viceroy” siqaret brendlərində olub. Həmin markaların ümumilikdə 8-dən artıq çeşidi bahalaşıb.

Buna da bax:​ Hər kiloqram quru tütünə görə subsidiya veriləcək

Bahalaşma 10 qəpik məbləğindədir.

Bahalaşma qeydə alınan dükanlarda deyiblər ki, bu alış qiyməti ilə bağlıdır. Təchizatçılar qiyməti qaldırıb.

Dükan sahibləri, satıcılar digər tütün məmulatlarının qiymətində artımın olub-olmayacağı ilə bağlı bilgisiz olduqlarını deyiblər.

XS
SM
MD
LG