Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:43

Rusiyayla Çin ABŞ-a Pxenyana görə xəbərdarlıq edir


Şimali Koreya Quam adasına raket zərbəsi ilə hədələyir
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Şimali Koreya Quam adasına raket zərbəsi ilə hədələyir

Avqustun 17-də Rusiya Çinə qoşularaq Birləşmiş Ştatlara xəbərdarlıq edib ki, Şimali Koreyaya qarşı hərbi addım atmasın, Vaşinqtonla Pxenyanın qarşılıqlı müharibə hədələri «dönüşü olmayan nöqtə»yə çata bilər.

Moskvayla Pekin bəyanatları ayrı-ayrılıqda veriblər. Bu arada ABŞ hərbi liderləri bir daha bildiriblər ki, Şimali Koreyanın nüvə silahları proqramının məhvini hədəfləyən danışıqlar alınmasa, hərbi variantlar hazırlayıblar.

«SÜLHƏ ALTERNATİV YOXDUR»

«Şimali Koreya müharibəyə başlasa, bunun güclü hərbi fəsadları ola bilər», – ABŞ müdafiə naziri Jim Mattis avqustun 17-də Vaşinqtonda yapon nazirlərlə təhlükəsizlik danışıqlarından sonra deyib.

Ötən həftə ABŞ prezidenti Donald Trump xəbərdarlıq edirdi ki, Birləşmiş Ştatları hədələsə, Şimali Koreya «atəş və qəzəb»lə üzləşəcək.

Bu söz atışması Moskva və Pekində narahatlıq yaradıb.

«Koreya yarımadasında problemi güc yoluyla həll etmək cəhdi kütləvi faciəyə və böyük canlı itkiyə səbəb olar», – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova avqustun 17-də Moskvada brifinqdə söyləyib.

ABŞ bombardmançısı və qırıcıları Cənubi Koreya səmasında.
ABŞ bombardmançısı və qırıcıları Cənubi Koreya səmasında.

Zakharova sülh yoluyla həllə alternativ olmadığını vurğulayıb.

Pekində isə Çin Mərkəzi Hərbi Komissiyasının sədr müavini Fan Changlong ABŞ baş qərargah rəisi Joseph Dunford-la Koreya məsələsini götür-qoy edib.

«İŞĞALA HAZIRLIQ»

Avqustun 17-də keçirilən görüşdə Fan generala deyib ki, Çin Pxenyanla problemin yeganə səmərəli həll yolunun danışıqlardan keçdiyinə inanır.

«Çin yarımadadakı məsələnin ancaq dialoq və məsləhətlə həll oluna biləcəyinə, hərbi addımların variant olmadığına inanır», – Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Fan deyib.

Avqustun 21-də Birləşmiş Ştatlarla Cənubi Koreya birgə illik hərbi təlimə başlayırlar. Təlimlərdə on minlərlə hərbçi iştirak edəcək.

Şimali Koreya bu təlimlərə işğala hazırlıq kimi baxır. Çin isə Birləşmiş Ştatları çağırıb ki, Pxenyanın nüvə silahları və ballistik raket sınaqlarını dayandırması əvəzində təlimləri ertələsin.

Amma general Dunford avqustun 17-də bunu istisna edib. Elə Şimali Koreya da silah sınaqlarını ertələməyəcəyini bildirib.

XS
SM
MD
LG