Keçid linkləri

Təcili xəbərlər
2018, 13 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:28

Nüvə sınağı meydançasında voleybol oynayırmışlar


Pungeri nüvə sınağı poliqonu

Peyk təsvirləri ötən həftəsonu şimali koreyalıların nüvə sınağı meydançasında voleybol oynadığını göstərir. Bu haqda «The Washington Post» qəzeti yazır.

DAHA TUNELLƏRƏ SU VURMURLAR

Bazar günü «Digitalglobe» satellit şirkətinin çəkdiyi fotoları Şimali Koreyanı izləyən müstəqil «38 North» layihəsi yayıb. Təsvirlərdə görünən odur ki, gizli nüvə obyektində üç ayrı-ayrı yerdə adamlar voleybol oynayırlar. «38 North» qrupunun təhlilçiləri bundan təəccübləniblər, çünki Şimali Koreyanın ötən həftəsonu nüvə silahı sınaqdan keçirəcəyi gözlənirdi.

«38 North» qrupunun üç təhlilçisi – Joseph S.Bermudez Jr., Jack Liu və Frank Pabian çərşənbə günü yazıblar ki, iki aylıq gərginlikdən sonra Pungeri nüvə sınağı poliqonunda fəaliyyət zəifləyib. Artıq şimali koreyalılar silahları sınaqdan keçirməkdən ötrü tunellərə su vurmurlar, bu tunellərin girişinə yerləşdirilmiş maşınların isə aparıldığı görünür.

Koreyalı vitse-marşal ABŞ-ı zərbəylə hədələyib
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00

Amma qəzet yazır ki, bu sahənin dəqiq statusu, hələlik, bəlli deyil. «38 North»un təhlilçiləri iki izah verirlər. Birincisi, ola bilsin, poliqonu dincə qoyublar, bir növ gözləmə rejiminə keçiblər. İkincisi, Pxenyan beynəlxalq ictimaiyyəti aldadır, voleybol oyunları da bu maskalama metodlardan biridir.

EYNİ VAXTDA 3 OYUN OLMAYIB

Hər halda, ötən həftəsonu bu ərazidə ancaq voleybol oynayıblar. Məqalədə deyilir ki, peyk təsvirləri 2006-cı ildə də ərazidə voleybol oynanıldığını göstərib, amma eyni vaxtda üç yerdə oyun keçirilməyib.

Voleybol Şimali Koreyada populyardır. Elə basketbol, futbol və stolüstü tennis də sevilən oyunlardandır. Voleybolu həm kişilər, həm də qadınlar oynayır. Qadınlardan ibarət voleybol komandası 1972-ci il olimpiadası və 1970-ci il Qadınlar arasında Dünya çempionatında bürünc medal qazanıb, amma o vaxtdan bu yarışmalara çox az qatılıb.

Aprelin 15-də Pxenyan ölkənin yaradıcısı Kim Il Sung-in ad gününü keçirirdi və həmin gün nüvə sınağı da gözlənirdi. Ancaq nüvə qurğusu sınanmadı, totalitar rejim şənbə paradında nəzəri baxımdan Birləşmiş Ştatlara çata biləcək bir neçə raket sərgilədi. Bazar günü səhər isə ballistik raket sınağı uğursuz oldu.

Bazar günü də həmin ərazidə voleybol oyunları keçirilibmi, bax, bu bəlli deyil. Amma «38 North» bu həftə yeni peyk təsvirləri yayacağını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG