Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:34

‘Polislər oğlumun sifətini yumruqlayıb boş vərəqələri zorla imzalatdırıblar’


Arxiv fotosu.
Arxiv fotosu.

“Polis vətəndaşla xuliqansayağı davranır. Guya yolda dayanıb xuliqan ovuna çıxırlar, əslində, xalqa divan tuturlar, özləri vətəndaşlara qarşı xuliqanlıq edirlər”.

Şirvan sakini Yaşar Həsənov AzadlıqRadiosu-na danışır ki, bu il fevralın 20-də gecə saatlarında oğlu Emin Həsənli Şirvan şəhərində ona məxsus avtomobili idarə edərkən yol patrul xidmətinin və post patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Polislər sürücünün içkili olduğunu bəhanə edərək onu öz maşınlarına mindirib cərimə meydançasına aparıblar. Orada sifətinə yumruq zərbələri vuraraq boş vərəqələri zorla imzalatdırıblar:

Buna da bax:​ 'İqtisadi inkişaf'la öyünən prezident problemləri görmürmü? - Şərh

“Gecə saat 4-ün yarısında oğlum evə gələndə halı üstündə deyildi, başı gicəllənir, havası çatmırdı, dili söz tutmurdu, zarıyırdı. Gicgahında və alnının ortasında şişkinlik, qızartı vardı. Döyüldüyünü və başında xəsarət olduğunu başa düşüb tez xəstəxanaya – travmatologiya şöbəsinə çatdırdıq. Ona sol gicgahında qapalı travma diaqnozu qoyuldu”.

“POLİSLƏRİ SUDAN QURU ÇIXARIRLAR”

Ailə üzvləri dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurublar. Növbəti gün onları polis şöbəsinə dəvət edib izahatlarını alıblar. Ancaq Həsənovlar bir də xəbər tutublar ki, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsində aparılan araşdırma, az qala, vətəndaşın əleyhinə çevrilib.

Buna da bax: Əli Kərimli: Nuray olayı ölkədə zorun legitimləşməsinin göstəricisidir

Emin Həsənlinin başına gələnlərlə bağlı Şirvan şəhər prokurorluğunda da araşdırma aparılır. Ancaq Yaşar Həsənov bu araşdırmadan da narazıdır:

“Vətəndaş küçədə fit çalanda da tutub xuliqanlıq maddəsi ilə belini qırırlar. Ancaq üç-dörd polis yığışıb kefləri belə istəyib deyə, gənci basıb döyür, hədə-qorxu gəlir, istədiyi kimi davranır, ölkənin bütün güc orqanları yığışıb həmin polisləri sudan quru çıxarır. Bir sözlə, vətəndaş fit çalır, xuliqan olur, polis adam döyür, qanun keşikçisi olur”.

“QORXUDUB BOŞ PROTOKOLU İMZALATDIRDILAR”

Emin Həsənli özü də başına gələnlərdən danışır:

Buna da bax:​ Müxalifət fəalı: 'Rejimin sərt diktaturaya pulu yoxdur'

"Məndən sənədləri istədilər, dedim ki, sənədim yoxdur, ‘maşını atam idarə edir, yanacaq tükənib, atam gedib yanacaq almağa, onu gözləyirəm’. Tələb etdim ki, ‘sənəd göstərin, özünüzü təqdim edin’. Mənim belə deməyim onları qəzəbləndirdi, boynuma qoydular ki, ‘sən içkilisən’. Məni zorla maşına mindirmək istədilər, başım zərblə maşına dəydi, narazılığımı bildirəndə yumruqlamağa başladılar. Sonra da cərimə meydançasına apardılar. Orda guya içkili olmağımla bağlı protokol tərtib edib hədə-qorxu gəldilər ki, ‘qol çəkməsən, atanın maşınından avtomat, narkotik çıxacaq’. Məni bu yolla qorxudub boş protokolu imzalatdırdılar. Ancaq indi deyirlər ki, guya məni yumruqlamaqları ilə bağlı dediklərim təsdiqini tapmayıb".

Şirvan şəhər polis idarəsinin yol polis şöbəsindən "Qaynar xətt"ə bildirilib ki, Emin Həsənli atasına məxsus avtomobili sənədsiz idarə etdiyi üçün Salyan dairəsi deyilən ərazidə saxlanılıb. Avtomobil cərimə meydançasına aparılıb. Alkotester vasitəsiylə sürücünün içkili olduğu müəyyən edilib. Hər iki hala görə protokol tərtib olunub, sürücü imzalayıb. Sonradan sürücü guya polis əməkdaşları tərəfindən fiziki zora məruz qalması barədə şikayət edib. Ancaq sürücünün şikayətləri əsassızdır və araşdırma zamanı təsdiqini tapmayıb.

XS
SM
MD
LG