Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:31

Şimali Koreya ballistik raket sınaqdan çıxarıb


Çimali Koreya, raket sınaqı, 24 aprel 2016

Cənubi Koreya və ABŞ hərbçiləri Şimali Koreya sahillərindən buraxılmış ballistik raketi ilə bağlı nəticələri öyrənirlər. Raket 500 km-ə yaxın uçub.

Pentaqon təsdiqləyib ki, Şimali Koreya ərazisindən “raketin buraxılması” qeydə alınıb.

ABŞ-da Florida ştatında prezident Donald Trumpla birgə olan Yaponiyanın baş naziri Shinzo Abe deyib ki, raket buraxılması BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə ziddir.

Trump faktı şərh etməyib, yalnız onu deyib ki, “ABŞ Yaponiyanın tərəfindədir”.

Amerika mediası yazır, hələ ki, raketin tipini və onun nüvə enerjisi daşıyıb-daşımadığını müəyyən etmək mümkün olmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG