Keçid linkləri

2017, 23 Avqust, çərşənbə, Bakı vaxtı 21:41

Çin Trump-ı səbrli olmağa çağırır


Çin prezidenti Xi Jinping ABŞ lideri Donald Trump-ı Şimali Koreya ilə bağlı problemin daha da gərginləşməsinə səbəb ola biləcək söz və hərəkətlərdən çəkindirməyə çalışıb.

Liderlər arasında telefon söhbəti avqustun 12-də olub.

Ağ ev həmin gün bəyanat da yayaraq Şimali Koreyanı "təxribatçı hərəkətləri dayandırmağa" çağırıb, eləcə də BMT-nin bu ölkəyə qarşı son sanksiyalarını "mühüm addım" adlandırıb.

Telefon söhbəti zamanı Trump Çin liderini çağırıb ki, Şimali Koreyanın nüvə proqramını dayandırmaq üçün daha çox səy göstərsin.

Şimali Koreya öz ballistik raketləri ilə ABŞ-a zərbə endirə biləcəyini bildirib.

D.Trump isə deyib ki, ABŞ-ın buna cavabı "qəzəbli" olacaq.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG