Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:25

Trump deyib ki, Şimali Koreyanın başçısı “özünü yaxşı aparsın”


ABŞ-ın vitse prezidenti Mike Pence Cənubi Koreyada səfərdədir
ABŞ-ın vitse prezidenti Mike Pence Cənubi Koreyada səfərdədir

Şimali Koreyanın uğursuz raket sınağından bir gün sonra ABŞ prezidenti Donald Trump Kim Jong Un-a xəbərdarlıq edərək onu “özünü yaxşı aparmağa” dəvət edib.

Trump bu bəyanatı Ağ Evdə aprelin 17-də jurnalistin ona “Şimali Koreya liderinə hansı mesajı var” sualına cavab verərkən səsləndirib.

ABŞ-ın vitse prezidenti Mike Pence Şimali Koreyaya xəbərdarlıq edib. Deyib ki, Pxenyanın raket və nüvə silahları proqramının qarşını almaq üçün Donald Trumpın "bütün variantların masanın üstündə" haqda dediklərini qulaqardına vurmasın.

Pence bu haqda aprelin 17-də Seoulda ABŞ-ın Suriya və Əfqanıstandakı hərbi əməliyyatlarının “yeni prezidentin güc və əzminin” göstəricisi kimi dəyərləndirdiyi çıxışında belə deyib.

"Şimali Koreya üçün yaxşısı budur ki, ABŞ hərbi güc və əzmini bu regionda da sınaqdan keçirməsin" - Pence Cənubi Koreyanın prezidenti Hwang Kyo-Ahn ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"STRATEJİ SƏBR ERASI"...

Pence-in bu çıxışı Koreyanın Hərbisizləşdirmə Zonasına və sərhəd kəndlərə səfərindən sonraya təsadüf edir. Pence deyib ki, Şimali Koreya üçün "strateji səbr erası" bitdi:

"Sülh yolu, danışıqlar yolu deməkdir. Masa üzərindəki bütün variantlardakı kimi biz Cənubi Koreya xalqı ilə çiyin-çiyinə durmaqda davam edəcəyik".

10 GÜNLÜK SƏFƏR..

ABŞ-ın vitse-prezidenti Mike Pence Cənubi Koreya da daxil olmaqla Asiya-Sakit okeanı hövzəsi ölkələrinə səfərdədir. Onun səfəri Koreya yarımadası ətrafında gərginliyin mövcud olduğu vaxta təsadüf edir.

Pence 10 gün nəzərdə tutulan səfəri Yaponiya, İndoneziya, Avstraliya və Havay adalarına planlaşdırılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG