Keçid linkləri

2017, 22 Noyabr, çərşənbə, Bakı vaxtı 15:22

Cənubi Koreya Şimali Koreyanı hərbi danışığa çağırır


arxiv foto

Cənubi Koreya Şimali Koreyanı sərhədboyu düşmənçiliyə son qoymağa və hərbi danışığa çağırıb. Bu barədə Cənubi Koreyanın müdafiə nazirinin müavini Suh Choo-suk açıqlama verib. Belə bir açıqlama Pxenyanın sərhəd yaxınlığında raket testlərindən və bunun Cənubi Koreya, Birləşmiş Ştatlar, Yaponiya və digər bir neçə ölkə tərəfindən sərt reaksiyaya səbə olmasından sonraya təsadüf edir.

Suh Choo-suk təklif edib ki, hərbi danışıqlar iyulun 21-də Tongilgakda keçirilsin və demarkasiya xəttində hərbi gərginliyi artıran düşmənçilik fəaliyyətinə son qoyulsun.

Tongilgak Şimali Koreyada Panmunjom kəndində bir binadır və bundan öncə də Şimali və Cənubi Koreya arasında danışıqlar məhz bu binada keçirilib.

Əgər sözügedən danışıq baş tutarsa, bu, 2015-ci ilin sonundan bu yana iki ölkə rəhbərliyi arasında keçiriləcək ilk görüş olacaq. Cənubi Koreyanın yeni prezidenti Mun Cae Şimalla münasibətləri yaxşılaşdırmağa hazır olduğunu bəyan edib.

BMT Şimali Koreyaya raket proqramını qadağan edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG