Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:40

Dini baxımdan Avropa ərazisində nə baş verir? [araşdırma]


Mərkəzi və Şərqi Avropada dini landşaft
Mərkəzi və Şərqi Avropada dini landşaft

"Dəmir Pərdələr" söküləndən və Sovetlər Birliyi dağılandan sonra yeni müstəqil dövlətlərdə din güclənməyə başlayıb.

“Pew” Araşdırma Mərkəzinin son hesabatına görə, Sovetlər Birliyi zamanında, ateizmin təbliğ olunduğu Mərkəzi və Şərqi Avropa ölkələrində din indi fərdi və milli mənsubiyyətin əsas xüsusiyyətinə çevrilib. Üstəlik, bəzi ölkələrdə bu, iki anlayışın qovuşması baş verir.

Məsələn, Rusiyada pravoslavlıq “əsl rus”luq, Polşada isə katoliklik “əsl polyak”lıq üçün vacib sayılır.

Buna da bax:​ Şərqi Avropada yəhudiləri, müsəlmanları sevməyənlər az deyil

Yunanıstanda pravoslav kilsəsi, ölkənin Osmanlı imperiyasından ayrılmasında mühüm rol oynamışdı. İndi ölkənin 76 faizi deyir ki, “əsl yunan” sayılmaq üçün pravoslav olmaq mühümdür.

Rusiya, Ukrayna və Bolqarıstanda pravoslavlıq Sovet hökuməti dağılandan sonra artmağa başlayıb.

Çexiyada isə fərqli proses baş verib - 1991-ci ildə özünü katolik hesab edənlər 44 faiz idisə, 2017-ci ildə 21 faizə düşüb.

Hazırda Çexiya Avropanın ən sekulyar dövlətidir, böyüklərin 72 faizi özünü ateist, aqnostik və ya “xüsusi olaraq heç nə” olduqlarını bildiriblər.

Buna da bax: "Dini məhdudiyyət çox olanda radikallıq artır"

2012-ci ildə “Pew” Araşdırma Mərkəzi Sovetlər Birliyinin keçmiş müsəlman ölkələri – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan, o cümlədən, Albaniya, Bosniya və Kosovada sorğu keçirmişdi. Bu sorğu dünyanın 40 müsəlman ölkəsində keçirilmiş sorğunun tərkib hissəsi idi.

2016-cı ildə Bosniya və Qazaxıstan da sorğuya daxil ediliblər.

2012-ci il sorğusu müəyyənləşdirmişdi ki, keçmiş Sovet ölkələri arasında müsəlmanlar, dünya müsəlmanlarına nisbətən azdır.

Buna da bax:​ Azərbaycan dini qadağaların 'ən yüksək' olduğu ölkələrdəndir

Qarışıq dinli Bosniyada, müsəlmanlar, pravoslavlar və xristianlardan daha çox dindardırlar. 2015-ci ildə 2012-ci ilə nisbətən daha çox müsəlman, islamın onların həyatında daha mühüm rol oynadığını deyib.

Mərkəzi və Şərqi Avropada dini landşaft
Mərkəzi və Şərqi Avropada dini landşaft

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG