Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:25

'Qonşu ölkəyə gedən xəstələr də, tabutda qayıdanlar da çoxdur'


İranda tibb (arxiv fotosu)
İranda tibb (arxiv fotosu)

Ölkədə turizmin vəziyyəti, daşınmaz əmlak bazarında əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi və insanların müalicədən ötrü xaricə getmələrinin səbəbləri bu gün (27 may, 2017-ci il) medianın aparıcı mövzularındandır...

Kim ki, ev alıb, alıb, kim ki, ala bilməyib ...

Novoye Vremya” qəzetində “Daşınmaz əmlak bazarı əhalinin cəmi 20 faizini əhatə edir?” sualına ekspertlərlə cavab axtarılır.

Yazıda bildirilir ki, uzun müddət ölkəyə böyük neft pulları gələndə tikinti sahəsi inkişaf edib. Qeyri-neft sektoru deyiləndə əsas tikinti sahəsi başa düşülüb.

Buna da bax:​ Daşınmaz əmlak bazarında son qiymətlər

Müəllif vurğulayır ki, 2013-cü ildə ölkədə tikintinin inkişafı öz zirvəsinə çatıb. Həmin il 2,4 milyon kvadratmetr mənzil sahəsi istismara verilib:

“2013-cü ildən sonra onun tədricən azalması başladı. Hətta neft gəlirlərinin yüksək olduğu həmin dövrdə, bu yüksək sürət tempini saxlamaq mümkün olmadı. 2014-cü ildə 1978,3 kvadratmetr, 2015-ci ildə 1927 kvadratmetr, 2016-cı ildə 1677 kvadratmetr mənzil sahəsi istismara verilib”.

Heydər Əliyev pr.də yeni tikilmiş "göydələnlər"
Heydər Əliyev pr.də yeni tikilmiş "göydələnlər"

Müəllif bütün bunların səbəblərindən biri kimi əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsini göstərir.

Buna da bax:​ 'Qarşıdakı iki ildə daşınmaz əmlak bazarında canlanma gözlənilmir'

Yazıda bildirilir ki, 2016-cı ildə cəmi 172 min mənzilə mülkiyyət hüququna dair sənəd verilib. Bunun da ancaq 50 mini ilkin daşınmaz əmlak bazarına aiddir. Qalan 122 min kvadratmetr təkrar bazara aid məsələdir.

Üstəlik, müəllif vurğulayır ki, daşınmaz əmlak bazarında müxtəlif parametrlər üzrə qiymətlər 16-19 faiz düşüb.

Yazıda bildirilir ki, indi hətta İpoteka Fondu xətti ilə mənzil alınması prosesində əhalinin 10-20 faizi iştirak edir. Qalanlarından ötrü isə mənzil almaq yalnız arzudur.

Müəllifin fikrincə bundan artıq, bazarı inkişaf etdirmək də mümkün deyil.

“Çünki, kimi ki, mənzil ala bilərdi alıb, tələbat azalıb. Kim ki, ala bilməyib, elə indi də ala bilmir...”

Buna da bax:​ Azərbaycan bankları ipotekanı bərpa edib, amma...

Xaricə müalicəyə niyə gedirlər?

Bizim Yol” qəzetində “Azərbaycandan müalicə üçün başqa ölkələrə niyə gedirlər?” sərlövhəli məqalədə ölkə səhiyyəsinin durumu professor Adil Qeybulla ilə müzakirə edilir.

Yazının əvvəlində Səhiyyə Nazirliyi Respublika Endikrinoloji Mərkəzin direktorunun müavini Babək Salekidən sitat gətirilir:

"Qonşu ölkəyə gedən xəstələr çoxdur. Lakin məndə informasiya var ki, oradan tabutun içərisində qayıdanlar çox olur. Onlardan danışan isə yoxdur”.

Müəllif yazır ki, məmurlar ölkədə müalicə almaq nümunəsini özləri göstərməlidirlər, ancaq əksinədir.

Buna da bax:​ 'Azərbaycan tibb sahəsində 100 il geri qalıb' [video]

Yazıda vurğulanır ki, baş nazirin müavini Abid Şərifov, keçmiş nazir Ziya Məmmədov, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov məhz xaricdə müalicə alıblar.

Professor Adil Qeybulla bunu məmurların ölkə səhiyyəsinə güvənməmələri kimi dəyərləndirir. O bildirir ki, buna görə də imkanı olan Azərbaycanda yox, xaricdə müayinə-müalicəyə üstünlük verirlər.

Tibb elmləri doktoru Adil Qeybulla
Tibb elmləri doktoru Adil Qeybulla

A.Qeybullanın fikrincə, məmurlara belə bir sual vermək olar ki, “Azərbaycanda necə səhiyyə yaratmısınız ki, xırda bir əməliyyatdan ötrü durub xaricə gedirsiniz”:

“Məmurların borcudur ki, naqisliklər, nöqsanlar aradan qaldırsın. İcbari tibbi sığortanın tətbiqi, vətəndaşların sosial müdafiəsinin təşkili kimi məsələlərlə məşğul olsunlar”.

Buna da bax:​ Əlildən xaricdə pulsuz müalicə tələbi

Turizmin inkişafına diqqət

Azərbaycan” qəzetində “Azərbaycanda turizmin inkişafına diqqət artırılıb” sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, son illər ölkədə turizmin müxtəlif sahələri inkişaf etməkdədir. Xüsusilə çimərlik turizmi ən çox maraq göstərilən sahələrdən biridir.

Tbilisi
Tbilisi

Yazıda qeyd edilir ki, dövlət başçısı İlham Əliyevin “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiqi haqda sərəncam imzalaması bu sahəyə diqqəti artırıb.

Buna da bax:​ Azərbaycanın turizm yol xəritəsi: 'Dövlət yenə əsas oyunçudur'

Mədəniyyət və Turizm Nazirliyinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov da deyib ki, bu sənəd çimərlik turizminə kompleks yanaşmağa imkan verəcək:

“Ölkə başçısının imzaladığı sərəncam 4 ili əhatə edir. Bu müddət ərzində ölkəmizdə çimərlik turizminin inkişaf etdirilməsi üçün müvafiq tapşırıqlar verilib. Azərbaycanda həm Bakı və Abşeron yarımadasında, həm də Xəzər dənizi sahilində olan regionlarda çimərlik turizminin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur”.

Yazıda bildirilir ki, son illər ölkəyə gələn turistlərin sayı artmaqdadır.

Müəllif vurğulayır ki, istər yerli vətəndaşlar, istərsə də xaricilər bəzən hotel qiymətlərinin baha olmasından gileylənirlər. Yalnız yeni mehmanxanaların sayının artacağı, xidmət səviyyəsinin yüksələcəyi, aralarında rəqabətin artacağı halda daha ucuz qiymətlər gözləmək olar.

Buna da bax:​ Azərbaycanda 536 oteldən yalnız 2-si ikiulduzludur... [video]

Yazıda bildirilir ki, Azərbaycanın hədəfi yaxın 5 ildə dünya ölkələri arasında populyar turizm məkanına çevrilməkdir:

“Sərəncam ölkədə çimərlik turizminin inkişafına müsbət təsirini göstərir. Belə ki, bu il çimərlik mövsümünün açılışına qədər Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılması nəzərdə tutulub”.

XS
SM
MD
LG