Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:29

'Yeni yaradılan kredit zəmanət fondunun borclara aidiyyatı yoxdur' [media icmalı]


"Oğurluq". Karikatura. Şerif.
"Oğurluq". Karikatura. Şerif.

Azərbaycan ordusunun maddi-texniki imkanları, neftin ucuzlaşmasının doğurduğu fəsadlar və yeni yaradılan Kredit Zəmanət Fondu ASC (şənbə - 2 dekabr, 2017-ci il) medianın aparıcı mövzularındandır...

Hansı faiz borcları ödənəcək?

Azadlıqinfo.az” saytında “Sahibkarlara xalqın pulu hesabına güzəşt ediləcək” sərlövhəli yazı oxumaq olar.

Yazıda Azərbaycanda yeni yaradılan Kredit Zəmanət Fondu Açıq Səhmdar Cəmiyyəti ilə bağlı iqtisadçı Qubad İbadoğlunun düşüncələrinə yer verilib.

Ekspert vurğulayıb ki, “Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi qaydası” ilə bağlı prezident fərmanının hazırda mövcud olan və keçmişdən qalan faiz borclarına aidiyyatı yoxdur:

Buna da bax:​ Vahid Əhmədov: 'Əmanətlərin qaytarılmasında problemlər var'

Qubad Ibadoğlu
Qubad Ibadoğlu

“Belə faiz subsidiyaları gələn ildən etibarən qeyri-neft sektorunda fəaliyyət göstərən rezident sahibkarların müvəkkil banklardan manatla aldıqları və yenicə yaranmış Kredit Zəmanət Fondu ASC-nin təminat verdiyi kreditlərə hesablanmış faizlərə görə verilə bilər. Faiz subsidiyaları cəmiyyətin zəmanət verdiyi kreditlər üzrə ödənilmiş faizlərin bir hissəsinə görə dövlət tərəfindən əvəzsiz verilən vəsaitdir. O da büdcədən vergi ödəyicilərinin hesabına maliyyələşdiriləcək. Faiz subsidiyası müvəkkil banka verilir, kreditlərə çıxış imkanlarını artırmağa və onun idarə edilməsi riskini azaltmağa xidmət edir”.

Buna da bax: Keçmiş deputat: 'İnsanların gəlirləri azalıb...'

Qubad İbadoğlu hesab edir ki, bəzi mətbu orqanlarda bu mövzuda cəmiyyətə “hökumət faiz borclarını ödəyəcək” mesajı vermək yanlışdır:

“Təəssüf ki, hökumət, hələ də devalvasiyalardan sonra valyuta ilə kredit götürənlər üçün yaratdığı izafi məsrəfləri qarşılamaq və borcalanları əlavə ödənişlərdən azad etmək niyyətində deyil”, – deyə iqtisadçı bildirib.

Neftin ucuzlaşmasının yadigarı – “sınıq təknə”

Buna da bax:​ Putin, Əliyev, Nazarbayev və başqaları ofşor hesabatında [yenilənib - tam mətn]

Exo” qəzetində dərc edilən “Azərbaycanda neftin ucuzlaşması insanları “sınıq təknə” yanında qoyub” sərlövhəli yazı diqqət çəkir.

Müəllif ölkədə işsizlik mövzusunu ekspertlərlə müzakirə edib.

“Bu gün bir çox subpodratçı olan neft şirkətləri Azərbaycanda fəaliyyətlərini dayandıraraq ölkədən gediblər. Nəticədə minlərlə Azərbaycan vətəndaşı işsiz qalıb”, – “Xidmət-iş” Həmkarlar İttifaqları Federasiyasinin vitse-prezidenti Cəmaləddin İsmayılov durumu qəzetə belə anladır.

Buna da bax: İlham Əliyev: 'İndi bizim təcrübəmiz öyrənilir'

C.İsmayılov deyib ki, neftin qiymətinin düşməsi Azərbaycana xaricdən gələnləri yox, məhz yerli vətəndaşları “sınıq təknə” yanında qoyub.

Ekspertə görə, neftin qiymətinin enməsinin nəticəsində ilk zərbə neft sahəsinə, daha sonra tikinti sektoruna dəyib.

C.İsmayılov vurğulayıb ki, tikinti sektoru yenidən dirçəlməyə başlayıb.

Buna da bax:​ İlham Əliyev: 'Bizim heç bir maliyyə problemimiz yoxdur'

Başqa bir ekspert Nəriman Ağayev də deyib ki, Azərbaycan iqtisadiyyatının daxili problemləri ölkədə çalışan xaricilərin gəlirlərinə təsir etməyib. Onlar maaşlarını dollarla alıblar.

Nəriman Ağayev
Nəriman Ağayev

Amma o, hesab edir ki, neftin qiymətinin düşməsi beynəlxalq şirkətlərin də ümumilikdə gəlirlərinə mənfi təsir göstərib.

Ekspert düşünür ki, yaxın illərdə Azərbaycanda çalışan xarici vətəndaşların sayı azalacaq. Çünki yüksək maaşla çalışan işçi saxlamaq Azərbaycandakı xarici şirkətlərə də bir elə sərf etmir.

Ekspertin deməsinə görə, həmin şirkətlər daha az maaşla yerli mütəxəssislərə üstünlük verəcəklər.

Buna da bax: Vahid Əhmədov: 'MDB-də ən böyük kredit faizləri Azərbaycandadır'

Cənubi Qafqazın ən güclü ordusu

Azərbaycan” qəzetində “Cənubi Qafqazın ən modern və güclü ordusu” sərlövhəli yazı yer alıb.

Müəllif yazır ki, güclü ordu xalqın təhlükəsiz yaşamasından ötrü təminatdır.

Yazıda bildirilir ki, Azərbaycanın inkişafı ordu quruculuğuna daha çox diqqət ayrılmasına imkan verir:

Buna da bax:​ 2,9 milyard dollar və 'Azərbaycanın pulyuyan maşını' [jurnalist araşdırması]

“Reallıq ondan ibarətdir ki, Azərbaycanın inkişafı və artan maliyyə imkanları Silahlı Qüvvələrimizin də müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində mühüm rol oynayıb. Hazırda Cənubi Qafqazın ən böyük gücünə malik Azərbaycanın Silahlı Qüvvələri öz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir”.

Yazıda daha sonra prezidentin cəbhə bölgələrinə səfərlərindən, hərbi hissələrə baş çəkməsindən bəhs edilir.

Arxiv fotosu
Arxiv fotosu

Buna da bax:​ Dövlət gələn ildən Beynəlxalq bankın borclarını ödəməyə başlayır [video]

Müəllif hesab edir ki, son illər Azərbaycan Ordusu Ali Baş Komandanının rəhbərliyi ilə maddi-texniki bazasını gücləndirib. Buna görə, dünyanın ən güclü ordularından biri kimi tanınır:

“Ali Baş Komandan İlham Əliyev hərbi hissənin əsgər yataqxanasında olub. Burada şəxsi heyət üçün yaradılmış sosial-məişət şəraiti ilə maraqlanıb. Binada ideoloji, məişət və digər zəruri otaqlar hərbçilərin ixtiyarına verilib. Əsgərlərin idmanla məşğul olmaları üçün yataqxana kompleksində trenajor zalı da yaradılıb. Hərbi hissədə interaktiv təlim-məşq sistemi də mövcuddur...”

Buna da bax:​ HRW: 'Çoxmilyardlıq meqalayihələr Azərbaycanda korrupsiya və insan haqlarının pozulmasına yol açır'

Yazıda vurğulanır ki, bütün bunlar ölkədə son dövrlərdə ordunun modernləşdirilməsi, hərbi hissələrin müasirləşdirilməsi istiqamətində görülən işlərin ardıcıl şəkildə davam etdirildiyini bir daha təsdiqləyir.

XS
SM
MD
LG