Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:35

‘Ailələri dağıdan əsas səbəb...’ [mətbuat icmalı]


Nişan üzükləri
Nişan üzükləri

Ölkənin neft-qaz sənayesində modernləşmə, banka girov qoyulması standartlarının yenilənməsi zərurəti və boşanmaların artmasının səbəbləri bu gün (14 oktyabr, 2017-ci il) medianın aparıcı mövzularındandır...

“Vicdan haqqı” təminatlı kreditlər

Exo” qəzetində “Azərbaycan bankları 10 milyonları bir “vicdan haqqı” sözünə necə veriblər?” sərlövhəli yazı oxumaq olar.

Buna da bax:​ Ekspert: 'Banklar krediti 30 faizdən yüksək verirlər'

Yazıda Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) bank kreditlərindən ötrü girov qoyulacaq mülkiyyətin dəyərləndirilməsi standartlarına yenidən baxılması təşəbbüsünü ekspertlərlə dəyərləndirilir.

Ekspertlər qəzetə deyiblər ki, bəzən kreditin həcmini artırmaqdan ötrü girov qoyulmuş mülkiyyətin dəyərini şişirdiblər. Bank sahibləri öz yaxınları, dostları biznes tərəfdarları olduqda belə hallara göz yumublar.

Karikatura. "Bank". Gündüz Ağayev
Karikatura. "Bank". Gündüz Ağayev

Ekspertlərə görə, girov kredit götürənin imkanlı olmasının göstəricisidir. İndiki sistemə görə, girov qoyulan mülkiyyətin dəyərləndirilməsi orta bazar qiymətindən kəskin fərqlənməməlidir. Amma bu anlayış olduqca yayğındır.

Buna da bax: Kredit faizləri azaldıla bilər

Müəllif yazır ki, bu problem barədə ilk dəfə Azərbaycanda Beynəlxalq Bankda qoyulan girovların böyük həcmli kreditlərə uyğunsuzluğu aşkarlandıqdan sonra danışılıb:

“10 milyonlarla manatlar faktiki bir “vicdan haqqı” sözünə verilib. Bu mənzərə demək olar ki, bir çox kommersiya banklarına aiddir. Azərbaycanda problem təkcə onda deyil ki, girovu qiymətləndirmə prinsipləri köhnəlib. Problem həm də ondadır ki, banklar zəruri tələblərə əməl etmirlər. Bu problem ölkənin maliyyə bazarında bu gün də qalmaqdadır. Belə ki, bank rəhbərliyinə yaxın şəxslər indi də girov qoymadan böyük kreditlər ala bilərlər”.

Ekspertlər hesab edirlər ki, baş verənlər korrupsiyanın göstəricisidir: “Banklar üçün girov qoyulan mülkiyyətin peşəkar baxımdan qiymətləndirilməsini müstəqil ekspertlər aparmalıdırlar. Amma buna əməl edilmir. Bu sahədə riskləri azaltmaq üçün kreditin ən yüksək məbləği girov qoyulan mülkiyyətin 60 faizi qədər olmalıdır. Heç kəs zəmanət verə bilməz ki, girov qiymətdən düşə və ya zərər çəkməyə bilər”.

Buna da bax:​ Ekspert: 'Bankları xilas etməyə 6 milyard manat lazımdır'

Min “səbəb”i olan boşanma...

Novoye Vremya” qəzetində “Boşanmaların acınacaqlı statistikası” sərlövhəli yazı diqqət çəkir.

Müəllif bildirir ki, bütün dünyada nikahların azalması və boşanmaların çoxalması kimi tendensiya Azərbaycandan da yan keçməyib. Yazıda rəsmi statistik rəqəmlərə istinadən bu sahədə vəziyyət dəyərləndirilir: “Ölkədə rəsmi statistikaya görə, hər 4-cü nikah boşanma ilə bitir. Müqayisə üçün, 2015-ci ildə 68733 nikah qeydə alınıbsa, ötən ildə bu rəqəm 57269 olub. Hələ, Azərbaycan ənənəvi ailə dəyərləri olan ölkədir və burada boşanmalara rəğbətlə baxılmır”.

Buna da bax: Hər dörd ailədən biri dağılıb

Arxiv fotosu
Arxiv fotosu

Müəllif boşanmaların səbəblərinə də aydınlıq gətirməyə çalışır. Buna səbəb kimi-ailədaxili zorakılıq, alkoqolizm, narkomaniya, bir-birini anlamama, qohumların ailəyə müdaxiləsi və maddi problemlər göstərilir.

Müəllif vurğulayır ki, son illər maddi problemlər boşanmanın əsas səbəbinə çevrilməkdədir.

Yazıda bildirilir ki, gənc ailələrin üzləşdiyi əsas çətinliklərdən biri mənzil məsələsidir. Müəllifin fikrincə, ölkədə ipoteka kreditlərinin verilməsi şərtləri çox ağırdır:

Buna da bax:​ Azərbaycan ailələrini dağıdan əsas səbəblər - işsizlik və sosial media

“Bu şərtlər hətta daimi işi olan ölkə vətəndaşları üçün də real deyil. Bu deyilənlər hələ o zamana aiddir ki, neft dollarları ölkəyə axırdı, gənclər arasında işsizlik yüksək deyildi, kredit verilməsi sadələşdirilirdi. İndi isə iqtisadi böhran yaşanır, problem daha da kəskinləşib, işsizlik artır, gənc ailələr gəlir mənbələrini itirirlər. Bu da boşanmaları çoxaldır və nikahların azalması meyli də bunun nəticəsidir”.

Ən zəngin neft-qaz strukturu

Azərbaycan” qəzetində “Azərbaycanda ən müasir və zəngin neft-qaz infrastrukturu qurulub” sərlövhəli yazı dərc edilib.

Buna da bax:​ SOCAR-ın borcu sürətlə artır, amma... [video]

Müəllif yazır ki, ölkədə neft-qaz sənayesində inkişafının növbəti mərhələsinə 1994-cü ildə imzalanmış “əsrin müqaviləsi” ilə başlanıb: “Nefti və qazı Xəzərdən suyun altı ilə quruya daşıyan xətlər, karbohidrogenləri qəbul etmək üçün terminal, istehlakçılara ötürmək üçün boru, dənizdə müxtəlif daşıma, quraşdırma işlərini yerinə yetirən təmirli gəmilər lazım idi”.

Azərbaycanda neft-qaz daşıyan sisternlər
Azərbaycanda neft-qaz daşıyan sisternlər

Yazıda bildirilir ki, Səngəçal terminalını tikilməsi ilə bu sahədə böyük dönüş əldə edilib. Müəllifin fikrincə, O dünyanın ən böyük neft-qaz terminallarından biridir. 2002-ci ildən isə onun genişləndirilməsinə başlanıb və bu bir neçə il davam edib.

Buna da bax: Gözlər yenə neftin qiymətinə dikilir [mətbuat icmalı]

Yazıda xatırladılır ki, “Şahdəniz-1” qazını ixrac edən Cənubi Qafqaz Kəməri (CQK) də başlanğıcını buradan götürüb və hazırda genişləndirilməsi başa çatmaqda olan “Cənub Qaz Dəhlizi”nin vacib qollarından birinə çevrilib.

Müəllif hesab edir ki, Azərbaycanın neft-qaz sahəsində “Əsrin müqaviləsi”ndən sonra əldə etdiyi ikinci böyük uğur Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin fəaliyyətidir.

Yazıda bildirilir ki, “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qazı sualtı xətlərlə daşımaqdan ötrü “Səngəçal” terminalının yenə də genişləndirilməsinə ehtiyac var.

Buna da bax:​ Bu il Ceyhandan 17 milyon ton neft yola salınıb

Bu sahədə göstərilən fəaliyyətlərin nəticələrini ümumiləşdirən müəllif hesab edir ki, Azərbaycanda neft-qazla bağlı yaradılan infrastruktur dövlətin mülkiyyəti, xalqın sərvəti kimi qalacaq.

XS
SM
MD
LG