Azərbaycanın iştirakçısı olduğu beynəlxalq miqyaslı layihələrin icra vəziyyəti, idarəçiliyə baxış və aqrar sektorun vergiyə cəlb edilməsi ətrafinda müzakirələr şənbə, 17 fevral, 2018-ci il medianın aparıcı mövzularındandır...
Fermerlər və monopoliyalar
“Yeni Müsavat” qəzetində “Fermerlər nə qazanırlar ki, ondan vergi də versinlər” sərlövhəli yazı yer alır.
Müəllif deputat Əli Məsimlinin ölkədə kənd təsərrüfatının mövcud durumu ilə bağlı fikirlərini diqqətə çatdırır.
Deputat deyib ki, Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahələrindən biri də kənd təsərrüfatıdır. Aqrar sahənin vergidən azad edilməsi və subsidiyaların ayrılması onu cəlbedici göstərir.
Buna da bax: Pambıqçı: '6 ay işləyirsən, sənə 500-600 manat qalırsa, böyük şeydir' [video]
Amma deputata görə, buna əks-təsir göstərən amillər də az deyil:
“Bu amillərdən biri budur ki, ölkənin kənd təsərrüfatı üçün yararlı olan torpaqlarından yetərincə səmərəli istifadə edilmir. Fermer təsərrüfatlarının əksəriyyətinin torpaqları yüksək nəticələr əldə olunması və geniş təkrar istehsal üçün yetərli deyil. Kənd təsərrüfatı ilə məşğul olanların xeyli hissəsinin gəlirləri aşağıdır. Maddı, maliyyə resursları məhduddur və bu istehsalı genişləndirməyə imkan vermir”.
Ə.Məsimli son günlər kənd təsərrüfatı sahəsinin vergiyə cəlb olunması ilə bağlı müzakirələrə də müsbət yanaşmır:
“Hazırkı reallıqlar şəraitində kənd təsərrüfatı sektorunda məhsuldarlıq aşağıdır, xərclər, maya dəyəri yüksəkdir. Bu sahədə istehsal olunan məhsulların əksəriyyəti yüksək rentabelli deyil. Fermerlərin xeyli hissəsi çəkdikləri böyük zəhmətin müqabilində nə qazanırlar ki, ondan vergi də versinlər... Əslində hazırkı reallıqlar şəraitində bu məsələ ətrafında diskussiyaya yer yoxdur”.
Buna da bax: 'Otlaq sahələri pambıq əkininə ayrılıbsa, heyvandarlıq necə inkişaf etsin?' [rəylər]
Deputat hazırda bir sıra iri təsərrüfatların yaradılmasının uğurla getdiyini söyləyir. Amma o problemlərdən də bəhs edir. Əsas problem kimi isə monopoliyanı göstərir:
“Ona görə də sui-istifadə hallarının qarşısı alınmalı, süni maneələr aradan qaldırılmalı, kooperasiya əlaqələrinin genişləndirilməsi üçün əlavə təsirli tədbirlər görülməlidir”, - deyə deputat vurğulayıb.
“Hansı vədləri yerinə yetirdilər ki?”
“Azadlıqinfo.az” saytında “Fırıldaqla ölkə idarə olunmaz” sərlövhəli yazı oxumaq olar.
Buna da bax: Pensiyalar artdı, amma...
Müəllif hesab edir ki, indiki iqtidar milli ideallardan çox uzaq düşüb, ölkənin ərazi bütövlüyünü, vətəndaşlarının hüquq və azadlığını təmin edə bilmir:
“İdarəçiliyin səmərəsizliyi, fəaliyyətsizliyi, səriştəsizliyi danılmazdır. Bütün sahələrdə mövcud uğursuzluqları boyunlarına almayanlar, hakimiyyətin tərəfini saxlayanlar, görməzdən gələnlər milli anlayışlardan, milli təsəvvürlərdən çox uzaq adamlardır. Bu cür şəxslər xalqdan, dövlətdən “tramplin” kimi istifadə niyyəti güdənlərdir”.
Yazıda vurğulanır ki, hazırda bir qisim insanlar da cəmiyyətin problemlərinə biganə yanaşaraq öz şəxsi maraqlarını güdürlər. Müəllifin fikrincə onlar gözləmə mövqeyindədirlər:
Buna da bax: Əliyev: 'Demokratik inkişafla bağlı yeni addımlar atılacaq'
“Bir qisim kəslər də var siyasi proseslərin sonunu “güdməkdədirlər”. Çünki onlara həqiqət lazım deyil, qalib lazımdır. Axı onlar həmişə qaliblərin yanında durmağa vərdiş etmişlərdi. Vətəni isə haqqı, həqiqəti güclülərə qurban verməyənlər “tikə” bilər”.
Müəllifə görə, iqtidar 25 ildir ki, ölkə əhalisinin iradəsini nəzərə almır:
“Bu gün ölkə olaraq, xalq olaraq yoxsuluq. Tək iqtisadi baxımdan yox, hüquq və azadlığımız baxımından da”.
Müəllif iddia edir ki, hakimiyyət indiyə kimi xalqa verdiyi heç bir ciddi vədi yerinə yetirməyib.
Buna da bax: Prezident: ‘Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb’
Qlobal layihələrin icraçısı
“Azərbaycan” qəzetində isə “Azərbaycanın müəllifi olduğu növbəti qlobal layihənin bütün seqmentlərinin icrası uğurla yekunlaşmaq üzrədir” sərlövhəli yazı dərc edilib.
Müəllif yazıb ki, Azərbaycan son illər bir tərəfdən keyfiyyətcə özünün yeni iqtisadi modelini formalaşdırır, başqa tərəfdən isə dünyanın əsas neft-qaz ixracatçısına çevrilir.
Yazıda vurğulanır ki, Azərbaycan beynəlxalq qlobal layihələrin icrasında müstəsna rol oynayaraq etibarlı tranzit ölkə kimi strateji tərəfdaşlarının sayını artırır.
Müəllif hesab edir ki, fevralın 15-də Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin dördüncü toplantısı Azərbaycanın təkcə Qafqaz regionunda yox, dünya birliyində də böyük nüfuz sahibinə çevrilməsinin göstəricisidir:
Buna da bax: Son 5 ildə Azərbaycan yarış və şoulara nə qədər pul xərcləyib? [video]
“Toplantıda vurğulandı ki, bu gün Azərbaycanın gerçəkləşdirdiyi iki əsas enerji layihəsi - “Azəri-Çıraq-Günəşli” və “Cənub Qaz Dəhlizi” regional əməkdaşlıqla bağlı məsələlərdə mühüm rol oynayır. Avropada enerji təchizatını şaxələndirməyə kömək edir”.
Yazıda Azərbaycan qazını Avropaya nəql edəcək “Cənub Qaz Dəhlizi” enerji təhlükəsizliyi layihəsi kimi dəyərləndirilir:
“40 milyard dollar sərmayə ilə həyata keçirilən, uzunluğu 3 min 500 kilometr və 4 seqmentdən ibarət (“Şahdəniz-2”, Cənubi Qafqaz Kəməri, TANAP, TAP) olan bu layihənin reallaşdırılması prosesi artıq həlledici mərhələyə daxil olub. ”Cənub Qaz Dəhlizi” layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçən boru kəmərləri ilə Avropaya çatdıracaq”.
Buna da bax: İlham Əliyev: 'Söz vermişdim ki, regionlarda inkişaf sürətlə gedəcək...'
TANAP-Trans Anadolu Qaz Kəməri, TAP isə Trans Adriatik Qaz Kəməri adlanır.
Yazıda bildirilir ki, artıq bu layihənin böyük bir hissəsində işlər tamam olub.
“Azəri-Çıraq-Günəşli” isə Azərbaycanın Xəzərdə ən böyük yataqlar blokudur.