Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 06:29

''Üzən məzənnə' ilə xərclənən milyardlar' [media icmalı]


"Üzən manat". Karikatura. Gündüz Ağayev.

Manatın taleyi, növbədənkənar prezident seçkiləri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı və orada səslənən fikirlərə fərqli yozumlar 10 fevral, 2018-ci il medianın aparıcı mövzularındandır...

“İldə 3,4 milyard manat “üzən məzənnə”də gedir...”

Exo” qəzetində 'Manatın üzə bilməyən 'üzən məzənnəsi'' sərlövhəli yazı diqqət çəkir.

Yazıda hökumətin pul siyasəti ekspertlərlə müzakirə edilir.

Müəllif xatırladıb ki, bir müddət öncə manatın “üzən məzənnə”yə keçdiyi açıqlananda bir çox ekspertlər milli valyutanın əsl dəyərini qazanacağını güman ediblər.

Buna da bax: Manatın devalvasiyası 'Azərbaycan paltaryuyanı' ilə bağlı idimi?

Yazıda vurğulanır ki, amma “üzən məzənnə” sistemi belə, vəziyyəti dəyişməyib.

1 manatlıqlar
1 manatlıqlar

Ekspert Seyfəl Əliyev deyib ki, hazırda da Azərbaycanın manatı real dəyərini tapmayıb:

“Məsələn, “üzən məzənnə” kursu digər valyutalara münasibətdə milli valyutanın tənzimlənməsinin dövlətin tam asılılığından çıxması deməkdir. Başqa sözlə, manatın məzənnə üzrə hərəkəti müstəsna olaraq bazarın tələb və təklif qanunları əsasında müəyyən edilir. Amma bizdə belə bir hal yoxdur”.

S.Əliyev deyib ki, dünyada bir çox ölkələr də öz milli valyutalarına münasibətdə “tənzimlənən üzən məzənnə”dən və ya Azərbaycanda tətbiq olunan rejimdən istifadə edirlər.

Buna da bax: Manat sərbəst buraxıldı. 1 dollar 1.55 manat oldu

S.Əliyevin bildirməsinə görə, bu rejimdə qiymət müəyyən çərçivə arasında dəyişir. Onun fikrincə, “dəhliz”in yuxarı və ya aşağı həddinə çatdıqda dəyişmiş kursun sabitliyini təmin etməkdən ötrü işə hökumət qarışır:

“Müdaxilə prosesi özü valyuta cəlb olunması ilə başa çatır”.

Ekspert Natiq Cəfərli isə deyib ki, manatı “üzən rejim”də saxlamaqdan ötrü hər ay Dövlət Neft Fondu hərraclarda 300-350 milyon manat xərcləməli olur:

“Bu isə il ərzində bu məqsədlərə 4 milyard manatın xərclənməsi deməkdir”

Ekspert deyib ki, Azərbaycanda manatın kursu inzibati metodlarla müəyyən edilir.

“25 ildə bir rayon işğaldan azad edilməyibsə…”

Azadlıqinfo.az” saytında “Əliyev İrəvana (Yerevana – red.) qədər necə irəlilədi?” sərlövhəli yazı oxumaq olar.

Buna da bax:​ Lavrov: 'Azərbaycanı Avrasiya İttifaqında görməkdən məmnun olardıq'

Yazıda hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında prezident ilham Əliyevin çıxışı təhlil edilir. Müəllif xatırladıb ki, qurultayda növbədənkənar prezident seçkilərində dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb. Dövlət başçısı geniş çıxış edib. Prezident çıxışında Dağlıq Qarabağ münaqişəsindən və Yerevandan danışıb.

Arxiv fotosu
Arxiv fotosu

“Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır. Necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq”, – deyə Əliyev bildirib.

Yazıda vurğulanır ki, İlham Əliyev hakimiyyəti dövründə bir rayonu belə işğaldan azad etməyib.

“İşğalçıya atalıq edən Rusiyanın qarşısında təzim etmək Ağdamı, Şuşanı, Laçını qaytarmağa kifayət etməyibsə, Göyçəni, Zəngəzuru necə alacaqlar?”

Müəllif yazır ki, hakimiyyət illərdir Qarabağ döyüşlərində həlak olan insanların sığorta pulunu vermir.

“Onsuz da bu xalq YAP hakimiyyətindən torpaq tələb etmir. Hamı başa düşür ki, hakimiyyət komandası üçün ən böyük torpaq puldur, neft milyardlarıdır...”

“YAP xalqın iradəsinə söykənir”

AzərTAC saytında isə “YAP-ın qurultayının qərarı xalqımızın iradəsinə söykənərək Azərbaycanın gələcək inkişafına mühüm töhfələr verəcək” sərlövhəli yazı dərc edilib.

Yazıda Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin fikirləri yer alıb.

Buna da bax: Növbədənkənar prezident seçkisi elan edildi [yenilənib]

V.Rəhimzadə qurultayda dövlət başçısı İlham Əliyevin növbədənkənar prezident seçkilərində namizədliyinin irəli sürülməsini dəyərləndirib.

YAP-ın 6-cı qurultayı. 08Fev2018
YAP-ın 6-cı qurultayı. 08Fev2018

O deyib ki, son illər əhalinin maddi rifah halı daha da yaxşılaşıb.

YAP Siyasi şurasının üzvi yaxın məqsədlərdən də danışıb:

“Əsas hədəflər şaxələndirməni sürətləndirmək, ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş ölkələr sırasında görməkdir. Bu hədəflər təbii ki, bugünkü reallıqlara əsaslanır. Məhz bu məqsədlərə çatmaq üçün “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, ayrı-ayrı istiqamətləri əhatə edən strateji yol xəritələri icra olunur”.

Buna da bax: Minimum əməkhaqqı 116-dan 130 manata qaldırıldı

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın bugünkü inkişafını təmin edən əsas amillərdən biri də çoxşaxəli islahatların həyata keçirilməsidir.

“İslahatların dövrün tələblərinə uyğun aparılması xüsusi əhəmiyyətə malikdir. Çoxşaxəli islahatlar bütün sahələri əhatə edir, o cümlədən idarəetmə sistemi daha da təkmilləşdirilir. Ümumiyyətlə, Azərbaycanın idarəçilik sistemində yeniləşmə və təkmilləşmə son illərin mühüm uğurlarındandır”, - deyə Vüqar Rəhimzadə vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG