Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:16

Şəki UNESKO-nun siyahısına düşə bilər


Şəki Xan Sarayı.
Şəki Xan Sarayı.

Parisdə “Şəki və onun tarixi hissəsi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi məsələsi müzakirə olunub.

Mədəniyyət və Turizm nazirliyindən AzadlıqRadiosu-na verilən xəbərə görə, bu məsələni nazir müavini Sevda Məmmədəliyeva Parisdə UNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında iştirakla bağlı səfərdə qaldırıb.

Buna da bax:​ Şəkidə türk dünyasının paytaxtını seçəcəklər

Səfər çərçivəsində Sevda Məmmədəliyeva “Şəki və onun tarixi hissəsi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün Dünya İrs Komitəsinə üzv ölkələr ilə danışıqlar aparıb.

Görüş zamanı Sevda Məmmədəliyeva üzv ölkələrin diqqətinə çatdırıb ki, “Şəki və onun tarixi hissəsi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün Azərbaycan tərəfindən hazırlanan sənədlər toplusu peşəkarlar tərəfindən hazırlanıb və tələb olunan kriteriyaları özündə toplayır.

Buna da bax: Şəkini tanıdan sənət: yapışqansız, mismarsız şəbəkə...

Azərbaycan tərəfinə digər ölkələrin bu istiqamətdə təcrübəsini nəzərdən keçirmək və gələcəkdə ortaya çıxacaq sualları cavablamağa əvvəlcədən hazırlıq görməyi təmin etmək tövsiyə olunub.

Hazırda İçərişəhər memarlıq kompleksi və Qobustan dövlət tarixi-bədii qoruğu UNESKO-nun Ümumdünya İrs Siyahısında yer alır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG