Keçid linkləri

2017, 14 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:07

Prezidentin tənqidindən sonra pritonlarda reydlər keçirildi


İllüstrasiya

Özbəkistan prezidenti Shavkat Mirziyaevin Daşkəndin Çilanzar rayon rəhbərliyini tənqid etməsindən sonra rayondakı kafe, gecə klubları və pritonlarda reydlər keçirilib.

Rayon daxili işlər idarəsindən AzadlıqRadiosunun Özbəkistan xidmətinə verilən məlumata görə, son 3 gün ərzində 58 obyektdə və şəxsi evlərdə axtarış aparılıb, fahişələik və pritonlar saxlamaqda şübhəli bilinən 38 qadın saxlanıb.

Onların cərimıə olunduqları və Serqeliysk rayonundakı dəri-zöhrəvi dispanserə götürüldükləri bildirilir.

4 nəfər isə restoran və istirahət yerlərində pritonlar təşkil etmə ittihamı ilə saxlanıb.

Bundan başqa bir neçə gecə klublarının sdahibləri administrativ məsuliyyətə cəlb olunublar.

Xatırladaq ki, Özbəkistan prezidenti Shavkat Mirziyaev aprelin 11-də Çilanzar polisini rayonda böyük sayda pritonlar və əxlaqsızlıq yuvaları görə tənqid eləmişdi.

Shavkat Mirziyaev
Shavkat Mirziyaev

Prezident buna görə rayon rəhbəri və hüquq-mühavizə orqanlarının rəhbər nümayəndələrini işdən azad edib.

Bu rayondan olan jurnalist Bobomurod Abdulla AzadlıqRadiosunun müxbiri ilə söhbətində bu tədbiri alqışlasa da, bunun müvəqqəti xarakter daşıdığını deyib.

“Çilanzar rayonunda fhişəliyə qarşı bu cür reydlər çox yaxşıdır. Şəhərin bu rayonu son vaxtlar böyük fahişəxanaya çevirilib. “Şuxrat” mağazasından Katartal küçəsi boyunca getsəz onların hər yanda neçə düzüldüklərini görərsiz. Buna görə hətta gündüz saatlarında uşaqlarımızla gəzə bilmirdik.O ki, qaldı fahişlərin polisin əlinə keçməsinə, hüquq-mühavizə orqanlarının əməkdaşları bu qadınları döyür, zorlayırlar. Mənə elə gəlir ki, bu problemi sistemli islahatlar yolu ilə həll etmək olar, zorakı reydlər kömək etməyəcək” Abdulla vurğulayır.

Özbəkistanın cinayət məcəlləsində bu cür cinayətlərəgörə minimum əməkhaqqının 25 və 50 misli qədər cərimə və ya 3 ilədək islah işləri nəzərdə tutulur.

Əgər bu qrup halında baş verirsə, onda minimum əməkhaqqının 70 və 100 misli qədər cərimə və ya 3 ildən 5 ilədək həbs cəzası nəzərdə tutulur.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG