Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:41

Seymur Həziyə mükafat verildi


Seymur Həzi, məhkəmə iclasında
Seymur Həzi, məhkəmə iclasında

Norveçin Fritt Ord Foundation in Oslo və Almaniyanın the ZEIT-Stiftung Ebelin und Gerd Bucerius təşkilatları Azad Mətbuat mükafatlarını 3 ölkənin – Azərbaycanın, Rusiyanın, Ukraynanın təmsilçilərinə verib. Onlar 40 namizəd içərisindən seçilib.

«Azadlıq» qəzetinin və «Azərbaycan saatı» proqramının aparıcısı Seymur Həzi də mükafat alanlar sırasındadır.

Fritt Ord Foundation-ın saytında yerləşdirilən məlumatda deyilir ki, Seymur Həzi uzun illər ərzində tənqidi yazıları ilə tanınıb. Dəfələrlə müxtəlif xarakterli təzyiqlərə məruz qalıb. 2014-cü ilin avqustunda saxta xuliqanlıq ittihamı ilə həbs edilib.

Seymur Həzinin namizədliyini Almaniyanın The Henrich Böll Fondu Norveç Helsinki Komitəsi irəli sürüb.

Abşeron rayon məhkəməsi 2015-ci ilin yanvarında Seymur Həzini xuliqanlıqda ittiham edərək 5 il azadlıqdan məhrum edib. O ittihamları qəbul etmir.

XS
SM
MD
LG