Keçid linkləri

Təcili xəbərlər
2018, 27 Aprel, Cümə, Bakı vaxtı 10:32

Sizə həyatınızın sevgisini tapmağa kömək edəcəyinə söz verən çoxlu mobil əlavələr var və onların sayı daim artır. Ancaq yeni onlayn tanışlıq xidməti başqa app-lərin bacarmadığı işi görməyə söz verir. Bu onlayn əlavə insanların DNT-sinin müqayisəsini apararaq onları tanış edəcəyini iddia edir.

App-in adı - Pheramor – «feromon» (insan bədəninin ətrafa yaydığı, başqa insanların qoxuladığı kiçik molekullar) və bəzi Avropa dillərindəki «amor» sözlərindən götürülüb.

11 genetik indikator

Hyustonda fəaliyyət göstərən şirkət bu yaxınlarda San-Fransiskoda keçirilən yarışda xarizmatik bir təqdimat edib.

- Burada oturanlardan kim dəhşətli dərəcədə tənhadır və Tinder-də axtarış etməkdən yorulub?, - deyə Pheramor-un yaradıcılarından biri və baş elmi işçisi Brittany Barreto soruşub.

- Mən, – deyə şirkətin baş icraçı direktoru Asma Mirza cavab verib.

İzləyicilərin bir çoxu ona qoşulub.

- Bəs sizə desəm ki, bu genetik yanaq çöpü ilə sizin kimə və kimin sizə meyl edəcəyinizi deyə bilərəm, inanarsınız? – Mirza deyib.

Şirkət iddia edir ki, hazırladığı mobil əlavə 40 illik tədqiqatın nəticələrinə əsaslanır. Bu tədqiqatla alimlər cazibəyə «cavabdeh» 11 genetik indikator aşkarlayıblar.

«Pheramor insanlara görüş səmərəliliyini artırmaqda kömək etmək üçün genetikaya əsaslanan cazibə və sosial media metadatasına fokuslanır», – Mirza deyir.

Bakının sevgi simvolu nədir?
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

Berklidəki Kaliforniya Universitetinin kompüter biologiyası və insan genetikası üzrə professoru Rasmus Nielsen söyləyir ki, onların söz açdığı 11 genetik marker, yaxud MHC tipi insan virus və patogenlərdən qoruyan markerlərlə eynidir.

Siçanlar valideynlərinin DNT-sini tanıyır

Nielsen-in deməsinə görə, tədqiqat üzə çıxarıb ki, siçanlar öz valideynlərinin DNT-sinə bənzər DNT-ni tanımağa və beləliklə öz bacı-qardaşları ilə cütləşməkdən yayınmağa qadirdirlər.

«Belə bir şeyin insanlarda da mövcud olub-olmadığını araşdırmışıq. Belə bir fikir var ki, biz özümüzə partnyor tapanda eyni MHC tipinə malik fərdlərdən qaçırıq. Onların işi də bunun üzərində qurulub. Ancaq elm sxematik xarakter daşıyır. İnsanların bunu edə bilib-bilməməsi son dərəcə ziddiyyətlidir. Üstəlik, bunun gələcək partnyorlarımızdan xəbər verməsi məsələsində elmin çox az payı var», – Nielsen əlavə edib.

Pheramor öz saytında yazır: «Biz davamlı olaraq bir-birimizin feromon profilini qoxulayır və təhtəlşüur səviyyəsində bir fərdin bizi cəlb edib-etmədiyini müəyyənləşdiririk».

Pheramor hələ 1990-cı illərdə aparılmış «Tərli şört təcrübəsi» adlı araşdırmaya istinad edib. Bu araşdırmada qadınlar seçilmiş kişilərin üç gün davamlı geydikləri köynəkləri dəyərləndiriblər. Alimlər müəyyən ediblər ki, qadınlar genetikası özlərininkindən ən uzaq olan kişilərin qoxusunu bəyəniblər. Ancaq Nielsen iddia edir ki, bu araşdırma heç vaxt uğurla təkrarlanmayıb.

Prezidentin qeyri-adi eşq hekayəti
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

Qan xərçənginin önlənməsi

Şirkətin yaradıcıları isə yeni mobil əlavəni tənqid edənlərin feromonlara həddindən çox fokuslandığını deyirlər. Onlar vurğulayırlar ki, bu əlavə təkcə genetikaya yox, insanların sosial mediadakı fəaliyyətinə də baxır və beləliklə, onların şəxsiyyəti və maraqları haqda geniş mənzərəni formalaşdıra bilir.

İstifadəçilər sosial mediadakı bütün fəaliyyətlərini bu əlavəyə qoşa bilirlər. Pheramor-sa öz alqoritminin köməyi ilə onları tutuşdurur və bir-biri ilə tanış edir. Üstəlik, buradakı hər bir şəxsin şəkli tutqun göstərilir. Şirkət bu yolla insanların zahiri görünüşünü yox, bir-birinə uyğunluğunu qabartmağa çalışır.

Şirkət tanışlığa yardım etməkdən başqa, həm də insanların həyatını qurtardığını deyir.

Sözügedən 11 genetik markerdən həm də qan xərçənginin önlənməsində istifadə olunur. Pheramor «Gift of Life» (həyat hədiyyəsi) adlanan milli xərçəng reyestri ilə əməkdaşlıq edir. Müştərilər öz məlumatlarını reyestrə daxil etdirərək potensial olaraq leykemiya, limfama və başqa qan problemləri ilə mübarizə aparan insanlarla uyğunlaşdırıla bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG