Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:03

Serena Williams 'Reddit'in həmtəsisçisi Alexis Ohanian-la nişanlanıb


Serena Williams, Braziliya, 9 avqust 2016
Serena Williams, Braziliya, 9 avqust 2016

“Alexis Ohanian kimdir, axı? Serena Williams niyə onunla görüşmək istəsin?” - "Slate" dərgisi ötən il bir başlığına bu sualı çıxarmışdı

“Alexis Ohanian kimdir axı? Serena Williams niyə onunla görüşmək istəsin?” - "Slate" dərgisi ötən il bir başlığına bu sualı çıxarmışdı

Cənab Ohanian "Reddit" sosial şəbəkəsinin həmtəsisçisidir. İki gün öncə Serena Williams nəinki onunla görüşmək istədiyini, hətta ona ərə getməyi planlaşdırdığını söyləyib.

"Gələcək xanım Kn0thing”.

Tennis superulduzu Williams Ohanian-la nişanlandığını da "Reddit" səhifəsində açıqlayıb. Bu səhifə özünü “internetin ön səhifəsi" adlandırır (Həmin sözlər saytın devizidir – red.).

Onun "Reddit"də paylaşdığı şəkildə Ohanian kimi geyinmiş Snoo-nun (səhifənin uğur simvolu nəzərdə tutulur – red.) əlində brilyant, diz çökdüyünü görürük. Serena Williams kimi tennis geyimində olan qadın Snoo isə gülümsəyərək onun qarşısında göyə yüksəlir.

Şəklin başlığı isə belədir: "Gələcək xanım Kn0thing”. "Reddit" icması bunu yaxşı anlayır: "Kn0thing" uzun müddət Ohanian-ın niki olub.

Alexis Ohanian
Alexis Ohanian

Williams öz postunda Ohanian-ın ona Romada - ilk dəfə tanış olduqları masanın arxasında evlilik təklif etdiyini, özünün bu təklifə "hə" dediyini yazıb.

Ohanian-sa bu posta belə bir şərh yazıb: “Sən də məni planetin ən xoşbəxt kişisinə çevirdin".

Ən çox qazanan qadın idmançı

Williams-ın sözçüsü Kelly Bush Novak "The New York Times"a bildirib ki, toyun vaxtı hələ dəqiqləşdirilməyib. Onun sözlərinə görə, Williams və Ohanian ötən payız görüşməyə başlasalar da, artıq bir müddət idi ki, bir-birini tanıyırdılar.

35 yaşlı Williams hazırda fəaliyyətdə olan ən uğurlu Amerika idmançısıdır. O, həm də dünyada ən çox qazanan qadın atletdir. O, özünün ilk “Grand Slam” titulunu hələ 1999-cu ildə - 17 yaşında olarkən qazanıb. O bu il artıq 22-ci “Grand Slam”ını qazanır. Serena Williams 300 həftədən çox reytinqdə 1-ci olub. Son dəfə bu ilin sentyabrınadək- ard-arda 186 həftə reytinqdəki birinciliyini heç kimə verməyib.

Williams sentyabrda “US Open” turnirinin yarımfinalında uduzandan sonra turlarda oynamayıb. O, növbəti tennis mövsümünü gələn il Yeni Zelandiyanın Okland şəhərində açmağı planlaşdırır.

Reddit-in logosu
Reddit-in logosu

“Reddit”in həmtəsisçisi

33 yaşlı Ohanian geniş kütlə arasında nişanlısından qat-qat daha az tanınır. Ancaq o da öz sahəsində böyük uğurlara imza atıb. 11 il öncə otaq yoldaşı Steve Huffman-la birgə yaratdığı sayt sonradan "Reddit"ə çevrilib və onu bu sahənin zirvəsinə çatdırıb.

"Y Combinator" startap inkubatorunun investisiya qoyduğu "Reddit" yaradılışından cəmi 16 ay sonra Amerikanın "Condé Nast" mass media şirkəti tərəfindən satın alınıb.Ohanian "Hipmunk" adlı başqa bir şirkətdə Huffman-la birgə çalışmağa başlayıb. 2013-cü ildə o, "Onların icazəsi olmadan" adlı kitab yazıb. Kitab internetin gücünə həsr olunub.

Ohanian da nişanlanması barədə xəbəri öz “facebook” səhifəsində paylaşıb.

“Ən romantik davranış”

Williams iyul ayında "Vogue" dərgisinə müsahibəsində "bir kişinin sizə ən romantik davranışı hansıdır" sualını "bu, hələ baş verməyib" şəklindəcavablamışdı.

Ohanian bu müsahibəni “twitter”də "əla" adlandırmışdı.

Bir istifadəçi isə ona və Williams-a belə yazmışdı: “Alexis, məncə, siz həmin o "ən romantik davranış" məsələsi ilə məşğul olmalısınız".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG