Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:26

Daha bir 'məhəllə' yaradılmasına start verildi... [video]


4 milyon manatlıq sənaye məhəllələri sahibkara nə qazandıracaq?
Gözlə

No media source currently available

0:00 0:09:42 0:00

4 milyon manatlıq sənaye məhəllələri sahibkara nə qazandıracaq? [A-Live]

Prezident İlham Əliyev daha bir - Hacıqabul sənaye məhəlləsinin yaradılması haqda sərəncam imzalayıb. Məhəllənin yaradılmasına 4 milyon manat vəsait ayırıb.

Bundan öncə Masallı, Neftçala, Mingəçevir, Qaradağda da Yeni yaradılan sənaye məhəllələri qeyri-neft sektorunu inkişaf etdirə biləcəkmi? Bu məhəllələri yaratmaqda hökumət bəyan edir ki, məqsəd həm də ölkədə kiçik və orta sahibkarlığın inkişafı, investorların cəlbidir.

Masallıdan olan sahibkar Toğrul Həsənli təəssüflənir ki, yerli sahibkarlar bu məhəllələrdən yararlana bilmir:

Buna da bax:​ Hacıqabulda sənaye məhəlləsi yaradılacaq

"Belə düşünmək olur ki, bu məhəllələrin yaradılması yaxşı təkliflərdir. Lakin bunları yerli icra hakimiyyətlərinə tapşırırlar onların da işi formal xarakterli olur. Yaxşı olardı ki, bu cür işlər gerçək sahibkarlara həvalə olunsun. Tutalım, Masallıda iki tomat-pomidor konserv zavodu var amma heç biri işləmir. Bu sahəni inkişaf etdirmək lazımdır".

Toğrul Həsənli özünü misal çəkir. Deyir ki, ötən il becərdiyi tonlarla pomidoru sata bilmədiyindən, ziyana düşüb. Bu il daha məhsul becərməyib.

Azərbaycanda sənaye məhəllələri 2015-ci ildən yaradılmağa başlayıb. Rəsmi məlumata görə 10 hektar ərazini əhatə edən bu məhəllələrdə yüngül sənayenin inkişafı üçün infrastruktur yaradılır. Bildirilir ki, məqsəd investorları cəlb edib, yeni işlər qurmaq bununla da, özəlliklə, regionlarda kiçik və sahibkarlığı inkişaf etdirməkdir.

Buna da bax:​ İlham Əliyev: 'Sahibkarlığa dəstək davam edəcək'

Millət vəkili Vahid Əhmədov düşünür ki, sənaye məhəllələrinin yaradılması qeyri-neft sektorunun inkişafı üçün olduqca önəmlidir:

Vahid Əhmədov
Vahid Əhmədov

"Düzdür, bu strukturlar ölkəyə böyük gəlirlər gətirməyəcək, amma insanların işlə təminatı, nə isə istehsal etməsi baxımından yararlıdır. Vaxtilə Azərbaycanda iri müəssisələr olub. Bunu yaratmaq imkanı var, xammal baxımından da hər hansı problem yoxdur. Lakin vaxt azlığına görə, daha tez istehsala, ölkəyə az-çox gəlir gətirməyə imkan verən sənaye məhəllələrinin yaradılmasına üstünlük verilir".

Buna da bax:​ Masallıda «sənaye məhəlləsi» yaradılır, amma...

İqtisadçı Qubad İbadoğlu hökumətin bu addımlarını müsbət dəyərləndirir. Lakin əlavə edir ki, yalnız bu addımla ölkəyə investor cəlb etmək mümkün görünmür:

"Azərbaycanda ümumi mühit investorlar üçün əlverişli deyil. Çünki Azərbaycanda ən ciddi problemlərdən biri məhkəmə sisteminin müstəqil olmamasıdır. Çünki ölkəyə investisiya gətirən adam ilk növbədə qanunla ona hansı təminatlar verilir və bu təminatları əldə edə bilməsi üçün məhkəmələr müstəqildirmi".

Qubad İbadoğlu
Qubad İbadoğlu

Qubad İbadoğlu investoru cəlb edən digər amillər sırasına ölkədəki biznes mühiti, valyuta əməliyyatları, vergi, gömrük qanunvericilikləri ilə bağlı durumu da əlavə edir.

Buna da bax:​ Prezident: 'Biz işsizliyi və yoxsulluğu 5-6 faizə endirmişik'

Prezident İlham Əliyev 2016-cı ildə iqtisadiyyatın strateji yol xəritəsini təsdiqləyib.

Qubad İbadoğlunun vurğuladığı bütün məqamların bu xəritədə həlli qarşıya əsas məqsəd kimi qoyulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG