Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:23

Rusiya və Avropa Moskvaya qarşı ABŞ sanksiyalarından narahatdır


Kremlin sözçüsü Dmitri Peskov
Kremlin sözçüsü Dmitri Peskov

Rusiya və Avropa İttifaqı ABŞ-da Moskvaya qarşı təklif edilmiş yeni sanksiyalardan narahatlıq ifadə ediblər.

Bu sanksiyalar əsasən Rusiya və bəzi Aİ üzvləri arasında birgə enerji layihələrini təsirləndirə bilər.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü və Aİ rəsmiləri iyulun 24-də, nəzərdə tutulan yeni ABŞ sanksiyaları ilə bağlı bəyanat veriblər.

Bundan bir gün əvvəl Ağ Ev Konqresin təklif etdiyi sanklsiyalar qanununa açıq olduğunu bildirmişdi.

Sözü gedən qanun habelə prezident Trump-ın Rusiyaya qarşı hər hansı sanksiyaları birtərəfli qaydada qaldırmasına məhdudiyyət qoyur.

ABŞ Senatı və Nümayəndələr Palatası bu qanunvericilik aktı barədə ötən həftə razılığa gəliblər və qanun iyulun 26-da səsə qoyula bilər.

Putinin sözçüsü Dmitri Peskov ABŞ-ın yeni sanksiyaları barədə suallara cavab verərkən deyib ki, Rusiya hazırda “özünün avropalı partnyorları ilə Şimal Axını 2 (Nord Stream 2) kimi bir sıra genişmiqyaslı enerji layihələri üzərində işləyir”.

Peskov deyib ki, Moskva və onun partnyorları bu layihələrin uğurla başa çatdırılmasına çalışacaqlar. Nord Stream 2 layihəsi üzrə tikiləcək kəmər Rusiya qazını Baltik dənizi üzərindən Avropaya nəql edəcək.

Dmitri Peskov bunu da əlavə edib ki, bu layihələrə mane ola biləcək sanksiyalar barədə xəbərlər Moskvanı narahat edir.

Brüsseldə Avropa Komissiyasının sözçüsü Margaritis Schinas deyib ki, Aİ yaranmış narahatlıqların ABŞ həmkarlarına çatdırılması üçün bütün mümkün diplomatik kanallardan istifadə edir.

Schinas bildirib ki, Aİ üzvləri üçün ABŞ-ın da daxil olduğiu G7 qrupu üzvləri arasında birliyin qorunub saxlanması, Ukrayna münaqişəsinin çözülməsi üçün bağlanmış Minsk sazişinin icrası qədər mühümdür.

Aİ sözçüsü ümid etdiyini bildirib ki, bu məsələdə ABŞ millət vəkilləri ilə müəyyən anlaşma əldə olunacaq.

Lakin ABŞ-ın iki vəzifəli senatoru iyulun 23-də bəyan ediblər ki, bu qanun Senatda prezident Trump-ın mümkün vetosunu aşmaq üçün kafi səs çoxluğu ilə qəbul olunacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG