Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyun, çərşənbə axşamı, Bakı vaxtı 18:12

Deputatın Pushkin-dən sitatı: 'Rədd olsun imperiya!'


Səməd Seyidov

Milli Məclisin fevralın 14-də keçirilən iclasında Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Zhirinovsky-nin Azərbaycan əleyhinə açıqlamalarına münasibət bildirib.

APA-nın xəbərinə görə, S.Seyidov bildirib ki, Zhirinovsky-nin Azərbaycanın Bakı quberniyası formasında Rusiyanın tərkibində olması barədə bəyanatı yolverilməzdir: «Heç olmasa, bu bəyanatı Xocalı soyqırımının 25 illiyi ərəfəsində verməzdi, utanardı. Mən bu bəyanata sakit yanaşa bilmərəm. «Azərbaycanın müstəqilliyi dönməzdir» deyən ümummilli lider Heydər Əliyev ən alt qatlara belə toxunub. Bunlar bizim qan yaddaşımızdır. Çingiz Qurbanov, Mübariz İbrahimovumuzdur. O ki qaldı Azərbaycanın quberniya olması məsələsinə, əslində İrəvan bu statusa daha çox uyğun gəlir. Çünki Ermənistan həmişə quberniya olub».

Buna da bax-Tofiq Zülfüqarov Lavrov-un ermənipərəst danışdığını deyir

S.Seyidov çıxışını rus dilində Rusiya vətəndaşlarına və Azərbaycandakı ruslara müraciətlə yekunlaşdırıb: «Mənim əziz dostlarım! Dahi rus şairi Pushkin-in bir fikrini yada salmaq istəyirəm: «İmperiya böyük ruhlu bir hiss olsa da, rədd olsun imperiya və onun bəlaları!».

XATIRLATMA

Rusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Zhirinovsky qalmaqallı çıxışları ilə seçilir. O, fevralın 5-də keçmiş SSRİ respublikalarının birləşdirilməsindən, SSRİ-nin sərhədlərinin bərpasından danışmışdı.

«Ermənistanla Azərbaycan arasında daim müharibə olacaq. Ancaq biz onların hamısını götürəndə, nə Qarabağ olacaq, nə Azərbaycan. Olacaq Bakı quberniyası, İrəvan quberniyası...», - Zhirinovsky bildirmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG