Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:41

Səhiyyə nazirliyi 'su' deyir, 'Azərsu' 'yox' [video]


Aprel döyüşlərində dağılan evlər necə bərpa olunub?
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

Bugünkü [A-Live]-ın mövzuları: 136 uşaq nədən zəhərlənib, aprel döyüşlərində dağılan evlər necə bərpa olunub... [video]

Səhiyyə nazirliyi ehtimal edir ki, Sumqayıtda uşaqlar arasında zəhərlənməyə səbəb çiy su olub. “Azərsu” isə təkzib edib bildirir ki, onların əhaliyə verdiyi suyun keyfiyyətində problem yoxdur. Media eksperti isə deyir ki, bu hal bir daha göstərir ki, hökumət fövqəladə hadisələrə çevik deyil.

4 gün öncə, iyunun 9-da xəbər yayıldı ki, Sumqayıtda uşaqlar arasında kütləvi zəhərlənmə var. 119 nəfər zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Uşaq Xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi deyir ki, xəstələrin çoxu evə buraxılıb, bu günə 32 nəfər xəstənin müalicəsi davam edir.

Buna da bax:​ “Azərsu”ASC: “ uşaqlar sudan zəhərlənməyib”

Sumqayıt şəhər Uşaq Xəstəxanası. 12iyun2017
Sumqayıt şəhər Uşaq Xəstəxanası. 12iyun2017

Cəfər Cəfərli deyir ki, 2 yaşlı qızı özünü pis hiss edəndən sonra xəstəxanaya gətiriblər:

“İki gün evdə ambulator müalicə etdirdik. Gördük durumu düzəlmir gətirdik xəstəxanaya”.

Səhiyyə Nazirliyi dünən, iyunun 12-si uşaqların «Rotavirus» infeksiyasına yoluxduğunu açıqlayıb. Gigiyena və Epidemiologiya Mərkəzinin direktor İmran Abdullayev deyib ki, xəstəliyin sudan keçməsi ehtimalı böyükdür. Bəs, bu virus suya necə düşüb. İmran Abdullayev düşünür ki, bunu mütəxəssislər tədqiq etməlidir.

Buna da bax:​ Evlərdə müalicə alan uşaqlar var... [video]

“Azərsu” isə deyir ki, onlar da analiz keçiriblər suyun tərkibində heç bir problem yoxdur. Əhaliyə verilən su keyfiyyətli və standartlara uyğun olub:

119 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilir. İki dövlət qurumu isə ictimaiyyətə fərqli-fərqli məlumatlar verir. Media eksperti Ələsgər Məmmədli deyir ki, hökumət informasiya əldə etmək haqda qanuna əsasən əhalinin sağlamlığına təhlükəli hadisə olubsa, ən geci 48 saat ərzində araşdırıb, ictimaiyyətə yekun məlumat verməlidir:

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

“İndiki halda səhiyyə nazirliyindən bir neçə gün keçməsinə baxmayaraq, Səhiyyə nazirliyi açıqlama yaydı ki, zəhərlənmənin mənbəyi su mənşəlidir. “Azərsu” isə bunu özünün problemi göstərməmək üçün bunu təkzib edir. Beləliklə də iki yanaşma yaranır. Gerçək nədir, doğru-dürüst məlumat nədir vətəndaşlar tərəddüd edirlər”.

Buna da bax:​ 136 uşağı zəhərləyən virusun adı açıqlandı

Ələsgər Məmmədli deyir ki, ictimai bilgiləndirmənin, düzgün məlumatlandırmanın əhəmiyyəti həm də həm də insanları qorumaq, önləyici tədbirlərin görülməsidir.

Ölkənin baş pediatrı Nəsib Quliyev əhalini çiy sudan istifadə etməkdən çəkindirir. O əhaliyə tövsiyə edir ki, ya təmizlənmiş su alsınlar, ya da suyu qaynatdıqdan sonra istifadə etsinlər.

Bəs, Bakı sakinləri nə fikirləşir? Suyun keyfiyyətindən razıdırlarmı?

Suyun keyfiyyətindən razısız?- Bakıda sorğu
Gözlə

No media source currently available

0:00 0:01:05 0:00

Səhiyyə Nazirliyinin şöbə müdiri Viktor Qasımov bildirib ki, zəhərlənmə su paylayıcı şəbəkəyə patogen tərkibin düşməsi ilə bağlı ola bilər. İyunun 9-u, 10-u Tağıyev və Ceyranbatan qəsəbələrindən 119 uşağın zəhərlənmə əlaməti ilə Sumqayıtdakı xəstəxanaya gətirildiyi bildirilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG