Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Fevral, Bazar ertəsi, Bakı vaxtı 05:54

Keçmiş səfir qalmaqallı görüşdən danışdı


Sergei Kislyak (Arxiv)

Rusiyanın ABŞ-dakı keçmiş səfiri Sergey Kislyak bildirib ki, onun Amerika prezidentinin milli təhlükəsizlik müşaviri Michael Flynn ilə apardığı müzakirələr "tam şəffaf" olub.

Rusiya dövlət televiziyasına verdiyi müsahibədə keçmiş səfir əlavə edib ki, o, ABŞ Konqresi və ya məhkəməsi önündə də Flynn-lə kontaktları haqda ifadə verməyə razı olardı.

"Biz ən adi şeylərdən danışmışıq. Bir neçə məsələ var ki, ABŞ-Rusiya münasibətləri üçün çox vacibdir. Bunların da ən birincisi və önəmlisi terrorçuluqla mübarizədir. Bu bizim toxunduğumuz məsələlərdən biri olub" - deyə Kislyak görüşdə ABŞ-dakı prezident seçkilərinin müzakirə olunması haqda iddiaları rədd edib.

O deyib ki, müzakirələr sakit keçib və hansısa məxfi məsələlər müzakirə olunmayıb.

Flynn ABŞ prezidentinin müşaviri təyin ediləndən az sonra istefaya göndərilib. Məlum olub ki, o, Kislyakla görüşünü gizli saxlayıb.

Bu haqda ABŞ mediasında məqalələr çap ediləndən sonra qalmaqal yaranıb.

Buna da bax: Trump və Putin dövlət başçısı kimi ilk dəfə görüşdülər

Trump və Putin dövlət başçısı kimi ilk dəfə görüşdülər
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00



Kislyak israr edib ki, görüşdə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalardan söhbət getməyib.

Keçmiş səfir deyib ki, hətta belə bir müzakirənin açılmaması üçün ona Kremldən təlimat da verilibmiş.

Trump-ın seçkilərdəki rəqibi Hillary Clinton-un da adamları ilə əlaqə saxlamağa, onlarla da görüş keçirməyə çalışdığını deyən Kislyak görüş təklifinin qəbul olunmadığını bildirib:

"Mən Clinton-un seçki kampaniyasındakı adamların uzun bir siyahısını açıqlaya bilərəm ki, onlarla görüşməyə çalışmışam, amma istəməyiblər".

Michael Flynn
Michael Flynn

Kislyak-ın səfir səlahiyyətləri ötən ay bitib və o, Moskvaya qayıdıb.

ABŞ-ın Ədliyyə Nazirliyi və Konqresin hər iki palatası prezident Trump-ın seçki kampaniyasının üzvlərinin Rusiya ilə mümkün əlaqələrini araşdırır.

ABŞ kəşfiyyatı bu ilin yanvarında bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin ABŞ seçki sistemini və prezidentliyə Demokrat Partiyasından olan namizəd Hillary Clinton-u gözdən salmaq üçün,eləcə də respublikaçı Donald Trump-ın prezident seçilməsinə dəstək vermək üçün kəşfiyyat orqanlarına şəxsən göstəriş verib.

Kreml də,Trump da bu iddiaları rədd edir.

ABŞ Ukraynanın Krım bölgəsini ilhaq etdiyi üçün Rusiyaya qarşı sərt iqtisadi sanksiyalar tətbiq edib. Bundan başqa insan haqlarının pozulmasına görə də Rusiyaya qarşı sanksiyalar qoyulub.

Buna da bax: Ağalarov-Trump dostluğunun tarixçəsi

Ağalarov-Trump dostluğunun tarixçəsi
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

Günün bütün mövzuları

XS
SM
MD
LG