Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 18:05

Qırğızstanda prezident seçkisi oktyabrın 15-dədir


Almazbek Atambaev

Prezident Almazbek Atambaev Qırğızstanda növbəti prezident seçkisinin tarixini açıqlayıb.

Atambaev mayın 29-da Bişkekdə açıqlamasında bildirib ki, seçkilər oktyabrın 15-də keçiriləcək. Bu tarix Qırğızstan ordusunun 25 illiyi ərəfəsinə təsadüf edir.

2011-ci ildə prezident seçilən Atambaev Mərkəzi Asiya ölkələrinin konstitusiyasına əsasən yenidən namizəd ola bilməz.

Ötən ilin dekabrında prezidentin təşəbbüsü ilə keçirilən referendumda konstitusiyaya dəyişiklik edilib, baş nazirin səalhiyyətləri artırılıb.

Ölkə müxalifəti iddia edir ki, referendum keçirməkdə Atambaev-in məqsədi prezidentlik kürsüsündən gedəndən sonra da hakimiyyəti əlində saxlamaqdır.

Atambaev isə bildirib ki, baş nazir olmaq niyyəti yoxdur, amma siyasətdə qalacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG