Keçid linkləri

Təcili xəbərlər
2018, 22 May, çərşənbə axşamı, Bakı vaxtı 17:59

ABŞ Suriya rejimini kütləvi qətllər və meyitləri yandırmaqda ittiham edir


Saydnaya həbsxanası

ABŞ Dövlət Departamenti Suriya hakimiyyətini minlərlə məhbusu kütləvi qətlə yetirmək və onların cəsədlərini krematoriyada yandırmaqda ittiham edir.

AzadlıqRadiosunun mayın 15-də yaydığı məlumata görə, Dövlət Departamenti belə bir bəyanatla Suriya ilə bağlı Cenevrədə keçirilən danışıqlara bir gün qalmış çıxış edib.

Amerikalı diplomat Stuart Jones-in sözlərinə görə, tanınmış hümanitar agentliklər və ABŞ kəşfiyyatında olan məlumatlara görə,Dəməşq yaxınlığındakı “Saydnaya” həbsxanasında hər gün azı 50 adam asılır.

Stuart Jones
Stuart Jones

“Hesab edirik ki, krematoriyanı tikməkdə məqsəd, “Saydnaya” həbsxanasındakı kütləvi qətillərin böyüklüyünü gizlətməkdir”, deyə Yaxın Şərq üzrə diplomat vurğulayıb.

O, qətlə yetirilənlərin ümumi sayı barədə rəsmi rəqəm göstərməyib, amma Amnesty İnternational təşkilatına istinadla bildirib ki, 2011-2015-ci illərdə bu həbsxanada 4 mindən 11 minədək adam öldürülüb.

“Birləşmiş Ştatlar dəfələrlə Suriya rejiminin törətdiyi bu vəhşilikdən dəhşətə gəldiyini bəyan edib və bu görünür sözsüz Rusiya və İranın dəstəyi ilə törədilib”, Jones vurğulayıb.

Onun sözlərinə görə ABŞ Dövlət katibi Tex Tillerson ötən həftə Vaşinqtonda rusiyalı həmkarı Sergei Lavrovla görüşdə bu barədə məsələ qaldırıb.

Rex Tillerson və Sergei Lavrov
Rex Tillerson və Sergei Lavrov

Sputnikdən çəkilən şəkillər birbaşa həbsxanada krematoriya olmasını konkret sübuta yetirməsə də orda bu məqsəd üçün nəzərdə tutulan tikili olduğunu göstərir.

Joneson sözlərinə görə, Suriya rejimi hələ də 5 nəfərlik kamerada 70 məhbus saxlayır.

O bildirib ki, Bashar Assad rejimi mülki şəxslər və müxalifətçilərə qarşı hücumları dayandırmalı, Rusiya isə atəşkəs rejiminin təmin edilməsinə görə cavabdehlik daşımalıdır.

6 ildən çoxdur ki, davam edən Suriya müharibəsində 320 mindən çox adam ölüb.

Rusiya ilə İran bu müharibədə Suriya rejiminin, ABŞ, Avropa Birliyi və onların müttəfiqləri isə Assad-a qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG