Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:18

'Bazarlar süni kürü ilə doludur'


Eyyub Hüseynov
Eyyub Hüseynov

«Qida məhsulları bazarında yaranmış vəziyyəti anlamaq üçün apteklərdə insanların durduğu uzun növbələrə baxmaq kifayətdir. Əhali dərmanları ərzaq məhsulları kimi alırlar. Biz nə yeyiriksə, elə ondan da ibarətik».

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanda ərzaq təhlükəsizliyinin durumu ilə bağlı sualları cavablayarkən belə deyib.

E.Hüseynov Azərbaycan bazarlarında təhlükəli ərzaqların kifayət qədər olduğunu vurğulayıb:

«Bazarlar süni kürü ilə doludur. Turistlər alıb «kürü dövləti»nin paytaxtı Bakıdan aparır, yerli vətəndaşlar isə onu toy masalarının üzərinə qoyurlar. Heç kim ölkə daxilində yerli saxta mal istehsalçılarını dayandırmağa qadir deyil. Süni kürü əsl kürüdən qat-qat ucuzdur və onu qabına görə fərqləndirmək olar».

***Buna da bax-Beynəlxalq konvensiyanın 'qolunu bükən' tütün inhisarı

«PARLAMENTDƏ TÜTÜN LOBBİÇİLƏRİNİN VARLIĞI HİSS OLUNUR...»

Ekspert siqaret bazarındakı duruma da toxunub. O deyib ki, Azərbaycanda 2001-ci ildən filtrsiz siqaret istehsalı qadağan olub. Bununla belə, o vurğulayıb ki, hazırda filtrsiz siqaret istehsal edilib satışa çıxarırlar:

«Məhsulların son istifadə müddəti ilə bağlı da çatışmazlıqlar var. Dərmanlar da daxil olmaqla, bazarın bütün seqmentlərində eyni vəziyyət hökm sürür. Mən Milli Məclisin komitəsində çıxış edərkən, tütün məhsulları istehsalçılarını məhsulun istifadə müddətini göstərməyə məcbur edilməyə səslədim. Parlamentdə tütün istehsalçıları lobbiçilərinin varlığı hiss olunur».

***Buna da bax-'İrana xəstə axınının bir səbəbi də dərmanlardır' [video]

Durumdan çıxış yollarına gəlincə, ekspert hesab edir ki, hazırda dövlətin təhlükəli ərzaq məhsullarının istehsal və satışı ilə mübarizədə rolu sıfıra bərabərdir.

«İŞÇİLƏRİ ÖZ QOHUMLARI ARASINDAN SEÇƏCƏKLƏRSƏ...»

«Belə olmasaydı ölkə başçısı Qida Təhlükəsizliyi Agentliyinin yaradılması haqqında fərman imzalamazdı», - deyən ekspert bildirib ki, hazırda baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi altında sözügedən qurumun yaradılması üzrə iş aparılır. Ancaq E.Hüseynov həmin qurumun gələcəyi ilə bağlı o qədər də nikbin olmadığını ifadə edib.

«Onlar məni Nazirlər Kabinetində qəbul etdilər. Onların bazarın surroqatlardan qorunmasının necə təşkil edilməli olduğunu bilmədiklərinə əmin oldum. Əgər onlar yeni təşkilat üçün işçiləri öz qohumları arasından seçəcəklərsə, ictimai nəzarət təmin edilməyəcəksə, fərmandan heç bir fayda gözləmək lazım deyil», - E.Hüseynov bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG