Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 06:36

Ər-Riyad tərəfə raket atılıb. Trump İranı ittiham edir


İranda ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümü qeyd edildi
Gözlə

No media source currently available

0:00 0:00:55 0:00

İranda ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümü qeyd edildi

ABŞ prezidenti Donald Trump hesab edir ki, Yəmən ərazisindən Səudiyyə Ərəbistanı istiqamətində raket atılmasında İranın əli var.

Trump bildirib ki, raketi "bizim raketdən müdafiə sistemləri vurub".

Noyabrın 4-də Yəmən ərazisindən Ər-Riyad şəhərinin "Xalid şah" aeroportunun yerləşdiyi hissəsi istiqamətində ballistik raket atılıb.

Səudiyyə Ərəbistanının müdafiə nazirliyi bildirib ki, vurulan raketin qalıqları Ər-Riyadın 5 kilometrliyində, "Tala" ticarət mərkəzinin yaxınlığında yerə düşüb.

Heç kəsin xəsarət almadığı bildirilir.

Müdafiə Nazirliyi hesab edir ki, raketi şiə yaraqlıları atıblar.

İranın Trump-ın ittihamına münasibəti hələ ki bilinmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG