Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:36

Saudiyyə deyir ki, İranın üç inqilab keşikçisini həbs edib


Persian Gulf
Persian Gulf

Səudiyyə Ərəbistanı bildirib ki, İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) üç üzvünü həbs edib. Xəbərdə deyilir ki, bu üç nəfər krallığın Mərcan dəniz yatağına katerlərlə yaxınlaşarkən həbs ediliblər. Tehran həbs edilənlərin “adi balıqçı” olduğunu bildirib.

Səudiyyənin İnformasiya və Mədəniyyət Nazirliyi iyunun 19-da bildirib ki, həbs edilənlər hazırda dindirilir.

Nazirliyin bəyanatında bildirilir ki, iyunun 16-da həbs edilmiş katerlərdə partladıcı maddələr olub və üç nəfər “terror aktı” törətməyə hazırlaşırdılar.

Səudiyyə mediası isə bildirir ki, üç kiçik kater krallığın ərazi sularına daxil olarkən onlara xəbərdarlıq atəşi açılıb, lakin katerlər sürətlə neft platformasına yaxınlaşırdı.

İyunun 19-da İran Daxili İşlər Nazirliyinin sərhəd məsələləri direktoru Məcid Ağababayi deyib ki, sözü gedən üç nəfər “adi balıqçılardır” və onların katerlərini Səudiyyənin ərazi sularına dalğalar aparıb.

İran və Səudiyyə arasında artıq bir xeyli vaxtdır davam edən gərginlik Qətər böhranı başlandıqdan sonra daha da artıb. Səudiyyə və onun müttəfiqləri Qətəri blokadaya alıblar, lakin İran blokadanı yarmaq üçün özünün üç dəniz limanını əmirliyin sərəncamına verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG