Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:12

Yerevanda ‘Qarabağ veteranı’ həbsdən azad edilib


Sasna Tsrer üzvlərinin məhkəməsi
Sasna Tsrer üzvlərinin məhkəməsi

Ermənistanda məhkəmə Sasna Tsrer silahlı qruplaşmasının bir üzvünü məhkəməyə qədər həbsdən zaminə buraxıb.

Bundan bir gün əvvəl iyunun 7-də həmin qruplaşmadan Areg Kyuregian, Ovannes Vardanian və Tigran Sarkisian da zaminə buraxlıblar.

Yazılı iltizama görə azadlığa buraxılanlar paytaxt Yerevanı tərk edə bilməzlər. Onların barəsində cinayət təhqiqatı davam edir.

Ermənistanda “Sasun dəliləri” adı ilə tanınan bu qruplaşmanın 25 üzvü məhkəməyə qədər təcridxanada saxlanır.

2016-cı ildə Sasna Tsrer qruplaşmasının 30 üzvü Yerevanın Erebuni rayondakı polis idarəsini ələ keçirmiş və iki həftə ərzində nəzarətdə saxlamışdılar.

Onlar ovaxtkı prezident Serj Sarkisyanın istefasını, radikal müxalifətin lideri Zhirayr Sefilian-ın azad olunmasını tələb edirdilər.

2016-cı ilin iyulunda Sasna Tsrer dəstəkçiləri Baş prokurorluğun qarşısında etiraz aksiyası keçirmişdilər
2016-cı ilin iyulunda Sasna Tsrer dəstəkçiləri Baş prokurorluğun qarşısında etiraz aksiyası keçirmişdilər

Həmin qarşıdurma zamanı bir polis nəfəri ölümcül yaralanmışdı. Bu hadisə ilə əlaqədar Ermənistanda silahlı qruplaşmanı dəstəkləyən kütləvi aksiyalar keçirilmiş və bu əsnada daha bir polis həlak olmuşdu.

Qruplaşmanın üzvləri 2016-cı ilin iyulunda təslim olduqdan sonra həbs edilmişdilər.

Sasna Tsrer qruplaşmasının əksər üzvləri Dağlıq Qarabağ müharibəsinin veteranlarıdırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG