Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:13

'Əminəm ki, Sarkisyan apreldə baş nazir olacaq' - Hakim partiyanın deputatı


Serzh Sarkisian
Serzh Sarkisian

Prezident Serj Sarkisyan "Ermənistan" televiziyasına son müsahibəsində 2018-ci il aprelin 9-dan sonra nə işlə məşğul olacağı barədə sualdan yayınıb.

Suala "Baxarıq, görərik" tipli cavablar verən prezident bildirib ki, hələ ki buna qərar verməyib. Qərar verən kimi açıqlayacaq.

Bu müsahibəyə baxandan sonra Ermənistan parlamentində hakim partiyanı təmsil edən deputat, iqtisadi məsələlər üzrə daimi komissiyanın sədri Xosrov Arutunyanda Sarkisyanın ikinci prezidentlik müddəti başa çatandan sonra ölkəyə baş nazir kimi rəhbərlik etməkdə davam edəcəyi ilə bağlı əminlik artıb.

Bu barədə Azadlıq Radiosunun Ermənistan xidməti məlumat yayıb.

Buna da bax: Ermənistan əhalisi sürətlə azalır

"Mən artıq bu suala cavab axtarmağa çalışmıram. Sizi inandırıram ki bu məsələdə artıq intriqa yoxdur. Hər şey necə olmalıdırsa, elə də olacaq. Düşünürəm ki, 2018-ci ildə bizi sürpriz gözləmir. Hesab edirəm ki, obyektiv şəraitə uyğun ən məntiqi sonuc o olardı ki, o (Serj Sarkisyan) öz üzərinə götürdüyü məsuliyyətli işə davam etsin" - deyə deputat Radioya bildirib.

Khosrov Harutiunian
Khosrov Harutiunian

Bu arada müxalifətdəki "Yelk" fraksiyasının rəhbəri Nikol Paşinyan deyib ki, hakim Respublikaçılar Partiyasının üzvləri Sarkisyanın baş nazir olub-olmayacağı ilə bağlı müzakirə açmamalı, prezidentin Konstitusiya dəyişiklikləri ilə bağlı referendumdan əvvəl dediklərini yaddan çıxarmamalıdırlar:

"2015-ci ildə təklif edilən Konstitusiya dəyişiklikləri ilə bağlı fikrini bildirən Sarkisyan demişdi ki, dəyişikliklər qəbul ediləndən sonra o nə yenidən prezidentliyə namizədliyini irəli sürəcək, nə də, parlament idarəçiliyi modelinə keçilərsə, baş nazir postunu tutmağa çalışacaq. İndi respublikaçılar bu müzakirəni açmaqla nə demək istəyirlər? Sarkisyan yalan danışıb?"

Nikol Pashinian
Nikol Pashinian

Hakim partiyadan olan deputat Xosrov Arutunyan Azadlıq Radiosunun Ermənistan xidmətinə onu da demişdi ki, baş nazir postunda Sarkisyandan daha təcrübəli şəxsi təsəvvür eləmir. Onun fikrincə, heç kəs ölkənin inkişafı üçün Sarkisyan qədər təşəbbüslə çıxış etməyib.

Müxalifətçi Paşinyan isə buna cavab olaraq bildirib ki, "Sarkisyan dorğudan da indiyəcən bəzi təşəbbüslərdə bulunub. Məsələn, 2008-ci ildə bildirib ki, Ermənistan bir neçə ildən sonra yeni atom elektrik stansiyasının tikintisinə başlayacaq. Bundan başqa Sarkisyan deyib ki, ölkədə 7 faizlik inkişaf tempini təmin etməyən hökumət istefaya getməlidir. Onu da bildirib ki, Ermənistan-İran dəmir yolu tikiləcək".

Müxalifətçi demək istəyib ki, bu təşəbbüslərin heç biri reallaşmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG