Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:23

Sarkisian BMT-də Qarabağa iddialarını səsləndirir


Serzh Sarkisian
Serzh Sarkisian

Ermənistan prezidenti Serz Sarkisianın sentyabrın 19-da BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sesiyasında çıxışı olub.

Ermənistan mətbuatının yazdığına görə, Sarkisian çıxışında Dağlıq Qarabağ problemindən danışıb, bir daha 2016-cı ilin aprel döyüşlərinə görə birbaşa Azərbaycan tərəfini günahlandırıb, deyib ki, Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkib hissəsi olmayıb.

Sarkisian iddia edir ki, "Azərbaycanın Dağlıq Qarabağa iddia etməyə heç bir hüquqi və mənvəi əsası yoxdur".

Sarkisian deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması ordakı erməni xalqının hüquqlarına heç bir təsir göstərməməlidir.

Sarkisian daha sonra deyib ki, Dağlıq Qarabağın hüquqi statusu, daha dəqiq desək beynəlxalq hüquqi tanınmanın olmaması orda yaşayan insanların hüquqlarının reallaşmasına əngəl ola bilməz.

“Əminik ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yoluna alternative yoxdur. Və hər kəs bilməlidir ki, Dağlıq Qarabağ problemi “insan haqları problemidir.

Bu münaqişə yalnız xalqların öz müqəddaratını təyin etmə hüququ əsasında Həll oluna bilər”.

Sarkisian hesab edir ki, hansısa həll variantından aslı olmayaraq, Dağlıq Qarabağa bu gün malik olduğundan az status və az azadlıq verilə bilməz.

Onun fikrincə Azərbaycan Dağlıq Qarabağ əhalisinin öz müqəddaratını təyin etmə hüququnu tanımalı və ona hörmət etməlidir, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyinə isə bütün mümkün beynəlxalq və daxili müxanizmlərlə təminat verilməlidir.

Buna da bax: Prezident: “ Ermənistana inanmaq lazım deyil”

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası.

Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib. Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

Buna da bax: Həmsədr: 'Ədalətli həll beynəlxalq hüquqa əsaslanmalıdır'

Sarkisian Ermənistan-Türkiyə münasibətlərindən də danışıb

Sarkisian çıxışında Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasından da danışıb.

O, münasibətlərin normallaşması ilə bağlı 2009-cu ildə imzalanmış protokolun ratifikasiya edilməsi ilə bağlı Ankaranın qarşısında son vaxt qoyub.

“Əgər Türkiyə rəhbərliyi bu sənədləri girov saxlamaq və özünə münasib halda ratifikasiya eləmək istəyirsə yanılır”,Sarkisian deyib.

Sarkisian bildirib ki, gələn ilin yazında prezident səlahiyyətləri bitənədək bu protokolu ləğv etməyə hazırdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG