Keçid linkləri

Təcili xəbərlər
2018, 27 May, bazar, Bakı vaxtı 12:05

Məşhur musiqi məktəbi təmirsiz qalıb


Musiqi məktəbi (arxiv fotosu)

"Məktəbin əsaslı təmirə ehtiyacı var. Hökumətdən istədiyimiz odur ki, heç olmasa növbəti tədris ilində övladlarımızın normal şəraitli məktəbdə təhsil almalarını təmin etsin".

Bu, iki övladı Hüseynqulu Sarabski adına 7 saylı Uşaq Musiqi Məktəbində təhsil alan Şəkurə Məmmədovanın arzusudur.

Buna da bax:​ Tar müəllimini niyə işdən azad ediblər?

“Hər il deyirlər ki...”

O, bir valideyn kimi, məktəb binasının təmirsiz və acınacaqlı durumundan rahatsızdır. Dediyinə görə, hər dəfə tədris ili başa çatanda, məktəb rəhbərliyi valideynləri növbəti tədris ili üçün ümidləndirir:

"Hər il deyirlər ki, gələn il uşaqlar məktəbi tanımayacaqlar. Müasir tipli, hər cür şəraiti və tədris vəsaiti olan məktəbə gələcəklər. Ancaq bu sözlər neçə ildir ki, boş vəd olaraq qalır. Hələ də məktəbin tavanı və döşəməsi eləcə dəlmə-deşikdir. Bu məşhur musiqi məktəbi Bakının mərkəzində - Mərdanov qardaşları küçəsində yerləşir. Yəni gözdən kənar yerdə deyil. Di gəl, az qala adamın başına uçur...”.

Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən uşaq musiqi məktəbinin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri əsaslı təmir edilməli, lazımı avadanlıq və ləvazimatla təchiz olunmalıdır.

Buna da bax: Qəzalı musiqi məktəbində fortepiano

“Uşağın skripka çalmağa həvəsi qalmır...”

Valideynlərdən Cəmilə Şəfiyevanın sözlərinə görə, Dövlət Proqramına görə, məktəb hələ iki il əvvəl təmir edilməliymiş:

"Guya əsaslı təmir olunacaqdı, hələ də hərəkət yoxdur. Mənim oğlum o məktəbin skripka bölməsində təhsil alır. Şəraitsiz, tavanı, divarları adamın üstünə gələn məktəbdə uşağın skripka çalmaq həvəsi də olmur” (gülür).

Buna da bax:​ Müsiqi müəlliməsinin unuda bilmədiyim barmaqları

“Yəqin ki, yaxın vaxtlarda...”

Məktəb Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir. Qeyri-iş günləri olduğundan, nazirlikdən münasibət öyrənmək mümkün olmasa da, "Qaynar xətt"in müxbiri Nəsimi Rayon İcra Hakimiyyətindən bilgi almağa çalışıb. Qurumdan bildiriblər ki, məktəbin təmiri gündəmdədir: "Bir neçə il əvvəl nazirlik əsaslı təmirlə bağlı Nazirlər Kabinetinə müraciət edib və məktəb siyahıya salınıb. Yəqin ki, yaxın vaxtlarda məktəbdə əsaslı təmir işləri aparılacaq".

Qurumdan bu da bildirilib ki, məktəb təmir olunan kimi, musiqi tədrisi üçün zəruri olan avadanlıqla da təmin ediləcək.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG