Keçid linkləri

2017, 22 Sentyabr, Cümə, Bakı vaxtı 23:06

Nazirlik Ermənistan televiziyasına məxsus maşının atəşə tutulmasına aydınlıq gətirdi


Foto arxiv

Azərbaycanın müdafiə nazirliyi təmas xəttində Ermənistanın televiziya kanalına məxsus maşının atəşə tutulmasına aydınlıq gətirib.

Nazirlik “Qafqazinfo” sorğusunu cavablandırarkən bildirib ki, Azərbaycan ordusu yalnızqarşı tərəfin hərbi güc, vasitə və digər hərbi təyinatlı obyektlərinə qarşı cavab tədbirləri görür.

Nazirlikdən bildirilib ki, Ermənistanın hərbi texnikasının kamuflyaj rənginə uyğun olan, üzərində media və ya hər hansı mülki təşkilata aid heç bir fərqləndirici nişanı olmayan və “Şant” televiziyasına məxsus olduğu iddia edilən nəqliyyat vasitəsindən Azərbaycan ordusunun mövqelərinə doğru atəş açılıb, Azərbaycan ordusu isə buna cavab tədbirləri görüb.

Qeyd edək ki, Ermənistan mediyasında dünən axşam saat 18:00 radələrində Dağlıq Qarabağın şimalındakı təmas xətti yaxınlığında “Şant” televiziya şirkətinin çəkiliş qrupunu aparam maşının Azərbaycan tərəfdən atəşə tutulması barədə məlumatlar yayılıb.

Tert.am saytının “Şant” televiziya kanalına istinadla verdiyi məlumata görə, maşın iri çaplı silahdan atəşə tutulub və nəticədə televiziya şirkətinin operatoru David Atoyan xəsarət alıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG